Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                 

“Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!” - YAP-çı deputat
Tarix: 21-02-2019, 08:29 | Çap et
“Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!”
Kinodramaturq Rüstəm İbrahimbəyov “Exo Moskvı” radiosuna müsahibə verib. Müsahibəsində o, mərhum prezident Heydər Əliyevlə münasibətlərindən başlamış, son hadisələrədək, həmçinin prezident İlham Əliyevin sayəsində Azərbaycana qayıtmaq imkanı yaradılmasına qədər bir sıra məsələlərdən danışıb.

“Heydər Əliyevə nisbətən İlham Əliyevlə münasibətlərim daha yaxşı alındı. Heydər Əliyevlə münasibətlərim çox mürəkkəb idi. Çünki Heydər Əliyeviç DTK-nın sədri idi. Həyatım boyunca qarşılaşdığım ən ağıllı adamlardan biri idi. İncəsənətdən o qədər də yaxşı baş çıxarmırdı. Onunla görüşəndə söhbət başlayırdı. Söhbət isə əsasən incəsənətlə bağlı olurdu. Onunla ünsiyyətdə olduğum vaxt ərzində - bu isə bəzən bir saat, saat yarım olurdu - o öyrənirdi və söhbətin sonunda mənim arqumentlərimi asanlıqla vurmağa başlayırdı. Bu, çox güclü analitik ağıl idi”, İbrahimbəyov bildirib. (Virtualaz.org)

Milli Məclisin komitə sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov isə “Yeni Müsavat”a müsahibəsində R.İbrahimbəyovun dedikləri ilə qəti şəkildə razılaşmadı:

- Hamısı cəfəngiyyatdır. Bilirsiniz ki, ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinə həmişə diqqət göstərib. Əgər tarixə nəzər salsanız, görərsiniz ki, o dövrdə sənət adamlarına fəxri adların verilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsil alması ümummilli liderin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Köhnə nəsil xatırlayır ki, həftənin bir günü, yaxud ayda iki dəfə hər bir rəhbər vəzifəli şəxslərin musiqi təfəkkürünün formalaşdırılması, mədəni səviyyəsinin yüksəldilməsi üçün filarmoniyaya, digər ünvanlara getməsini məcbur edirdi. Həmçinin incəsənət adamlarına da həmişə diqqət göstərib. Tikinti ilə məşğul olan şəxs ümummilli lideri görəndə deyib o, tikinti üzrə mütəxəssisdir, musiqiçi görəndə deyib musiqi mütəxəssisidir, kinorejissor görəndə deyib kinorejissordur. Elə bir sahə yox idi ki, Heydər Əliyev o sahəni əzbər bilməsin. Heydər Əliyevin heç bir müəllimə ehtiyacı yox idi. Mən çox adamlarla söhbət etmişəm. Səhiyyə haqqında akademiklərlə danışaraq onları təəccübləndirirdi. Hamı deyirdi bu, həkimdir. Çünki ümummilli lider Moskvada işləyəndə səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrə rəhbərlik edirdi. Həm də o, öz üzərində daim işləyirdi, oxuyurdu, məlumatlar toplayırdı, analiz edəndən sonra hər hansı tədbirə gedirdi. Məsələn, bir dəfə gözəl söz dedi ki, mən bağça uşaqlarının qarşısına çıxanda da hazırlaşıram, akademiklərin qarşısına çıxanda da. Yəni bir tərbiyəvi dərs keçirdi. Həmçinin hələ məktəbli olanda tamaşalarda oynayıb, həmişə bu sahəyə meylli olub. Eyni zamanda daim incəsənət adamları ilə ünsiyyətdə olub. Müslüm Maqomayevi daim himayə edib. Yaxud SSRİ Mədəniyyət Nazirliyi Niyaziyə ad vermək istəmirdi ki, dirijorlara yüksək ad nəzərdə tutulmur. Heydər Əliyev Brejnevlə olan münasibətindən istifadə edib Niyaziyə adlar verdirdi. Dedi, yoxdursa, qoy olsun! İndi çox aşağı səviyyədə düşünülmüş məsələdir ki, məndən öyrənirdi. Sən kim idin ki? O vaxt səndən qat-qat üstün olan kinematoqrafiya bilənlər, kino mütəxəssisləri, rejissorlar var idi.

- Rüstəm İbrahimbəyov “Mənimlə haqq-hesab çəkənlər düşmənlərimdir” deyib, ad çəkməsə də, prezidentin əhatəsini ittiham edib. Bu iddialar barədə nə deyə bilərsiniz?

- Prezidentin ətrafında olanlar məgər ona demişdi ki, sən tamamilə başqa bir sahənin adamı, bir sutka belə, siyasətlə məşğul olmayan, bu işlərdə heç bir təcrübəsi olmayan, müəyyən qrupların, dairələrin təhriki ilə... Azərbaycanda milli-azadlıq hərəkatı olub, sən milli-azadlıq hərəkatında olmusanmı? Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı törədilib, Azərbaycanın əraziləri işğal edilib, bunlarla bağlı sən bir veriliş çəkib, bir çıxış edibsənmi, bir qəzetdə, çox demirəm, yarım səhifəlik yazını göstərə bilərsən? Amma Milli Şura yaradıb prezidentliyə namizəd kimi çıxış edirsən. Təbii ki, hər bir vətəndaşın hüququdur. Amma o vətəndaşın hüququdur ki, başqa dövlət qarşısında öhdəliyi olmasın. Üstəlik də bir vətəndaşlığı olan, Azərbaycan vətəndaşı...10 ildən artıq Azərbaycan ərazisində daimi yaşayan. Bu adam son 10 il müddətində Azərbaycan ərazisində daimi yaşamayıb, həmçinin başqa dövlət qarşısında öhdəliyi var. Gördüyünüz kimi, Rusiya Konstitusiya Məhkəməsinə müraciət etdi, həmin sənədi buna təqdim etdilər. Hələ mən vergidən yayınma, digər məsələləri kənara qoyuram, onlara qarışmıram. Amma bununla yanaşı, Azərbaycanı ədalətsiz şəkildə tənqid edən, tənqiddən də o tərəfə keçən, Azərbaycan xalqına yuxarıdan-aşağı baxan... Elə son filmi... Erməni haqqında çəkdiyi. Guya Azərbaycanda erməninin başına oyunlar açıblar. Prezidentin ətrafından kim səni təhrik etmişdi ki, get, belə bir film çək?!

- Ümumiyyətlə, İbrahimbəyovun uzun fasilədən sonra Bakıya gəlişini necə qarşıladınız?

- Azərbaycanda ümummilli liderin dövründən humanizm siyasəti ən əsas, aparıcı siyasi xətdir. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda 70-dən artıq əfv, 13-ə qədər amnistiya aktı olub. Prezidentimiz də bu xəttə sadiqdir. Heydər Əliyevin ölüm hökmünü ləğv etməsi, dəfələrlə günahlarını başa düşüb müraciət edən şəxslərin bağışlanılması hamısı göz qarşısında olub. Elə Mehriban xanım tərəfindən irəli sürülən son amnistiya aktı minlərlə insana tətbiq olundu. Yadımdadır, AXC-Müsavat hakimiyyəti bir il çəkmədi, 7 nəfəri elə o dəqiqə güllələdilər. Amma humanizm siyasəti bu dövlətin, prezidentin əsas apardığı xətlərdən biridir. Günahını başa düşən, etiraf edən hər bir şəxs bağışlanması ilə bağlı müraciət edir və uyğun qərarlar verilir. Bağışlamaq da böyük Allaha və konstitusiya ilə prezidentə aiddir. O baxımdan da mən fürsətdən istifadə edib sizin qəzet vasitəsilə həm xaricdə oturub bu gün erməni lobbisinin, ayrı-ayrı dairələrin verdiyi maliyyə hesabına Azərbaycan xalqına, dövlətinə böhtan yağdıran, şər deyən, söyüş söyən, o cümlədən Azərbaycanın daxilində dövlətimizin nailiyyətlərinə sevinməyən, üstəlik, olan şeyləri öz adlarına çıxmaq istəyən, bunu keçirilən mitinqlərlə əlaqələndirənlərə, dövlətinə qarşı düşmənçilik siyasəti aparan insanlara üzümü tutub demək istəyirəm: hələ ki gec deyil, tövbə qapıları açıqdır.

- Rüstəm İbrahimbəyovun siyasətdən birdəfəlik getdiyi barədə məlumatlar var...

- Yenə deyirəm, bu adam siyasətlə məşğul olmayıb. Rusiyada “Milyarderlər ittifaqı” var idi, salmışdılar ortaya, 5-10 manat da pul vermişdi. Özünə hörmət edən, siyasətlə heç vaxt məşğul olmayan adam 80 yaşında gəlib deməz ki, mən siyasi fəaliyyətlə məşğul olmaq istəyirəm. Siyasəti ya əvvəldən başlamalısan, ya da heç başlamamalısan. Hərə öz peşəsi ilə məşğul olsa, yaxşı olar.

- Rüstəm İbrahimbəyov sizi yubiley məclisinə dəvət etsə, gedərdiniz?

- Yox.

- Niyə?

- (Gülür) Hərənin öz əqidəsi var, mənim də əqidəm belədir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru