DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                 

“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan” - deputat
Tarix: 19-03-2019, 10:03 | Çap et
“Ona komanda verilə bilər ki, sən bu cür danışmalısan”
Prezident İlham Əliyevin 431 məhbusu əhatə edən, 50-dən çox siyasi məhbusun azad olunduğu sərəncamı alqışlanmaqdadır. Təsadüfi deyil ki, müxalif kəsimin tam əksəriyyəti də Novruz əfvini müsbət dəyərləndirdi.

Amma bununla belə, bir nüans diqqəti daha çox çəkdi. Belə ki əfv barədə AXCP sədri Əli Kərimli və tərəfdarları tamam fərqli mövqe sərgiləyirlər. Halbuki AXCP sədrinin bu sərəncamla iki müavini-Gözəl Bayramlı və Fuad Qəhrəmanlı azad olunub. Doğrudur, Ə.Kərimli əfvə münasibətini ifadə edən ilk feysbuq statusunda sərəncamı müsbət qarşıladığını bəyan etdi. Amma ardınca tamam fərqli mövqe sərgiləməyə başladı. Xüsusilə azadlığa buraxılan siyasiləri ziyarət edərkən AXCP lideri əfv əleyhinə daha sərt mövqe nümayiş etdirdi.

Bütün bunlar da haqlı olaraq bəzi iddialara yol açıb. AXCP sədrinin iqtidar-müxalifət münasibətlərində gərginliyin qalmasında maraqlı olduğu bildirilir. Təsadüfi deyil ki, hökumətin son iki ayda atdığı hər bir müsbət addım cəbhəçilər tərəfindən süngü ilə qarşılanıb.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunların təsadüf olmadığını düşünür: “Sizin qəzetinizin ötən sayında əfv sərəncamı ilə bağlı fikirlərimi geniş şəkildə ifadə etmişəm. Ölkə prezidentinin şəxsi xarakterinə və söykənmiş olduğu dəyərlərə, mərhəmətliyə söykənən əfv sərəncamı çoxsaylı ailələrə sevinc gətirdi. Əziz bayramımız ərəfəsində bu addımı atmaq heç şübhəsiz ki, ölkə prezidenti ilə xalqın bir yerdə olduğunun sübutu idi. Bu proses davam edəcək. Başlamış olan islahatlar davamlı olacaq. Ölkəmizdəki problemləri aradan qaldıracaq addımlar bundan sonra da atılacaq. Buna heç kəsin şübhəsi olmasın. Ölkə prezidentinin ötən ilin aprelində prezident seçildikdən sonra islahatları dərinləşdirməsi və cəmiyyətin bütün təbəqələrini əhatə edən addımlar atması xalqımızın mütləq əksəriyyəti tərəfindən müsbət qarşılanıb, yüksək dəyərləndirilib. Bu şəkildə də davam edir.

Hətta müxalifətin ayrı-ayrı qanadlarının bununla bağlı obyektiv fikirləri ortalıqdadır. Təəssüflər olsun ki, əfv sərəncamını iki nəfər obyektiv, doğru və düzgün qiymətləndirmək əvəzinə qərəzli mövqedən çıxış etdilər. Deyərdim ki, ən azından azadlığa qovuşan insanların fikirləri ilə həmrəy olmadılar. Bunlardan biri Əli Kərimli, digəri isə Əli İnsanov oldu. Hər ikisində qərəz, barışmazlıq, radikallıq və açıq şəkildə ifadə olunan barışmaz düşmənçilik özünü göstərdi. Siyasətdə bu qəbul olunmur. Siyasətdə opponentlik, fərqli düşüncələri özündə ifadə edən siyasi mübarizə və onu sivil formada aparmaq qəbul ediləndir. Bütün mənalarda buna hər hansı bir alternativ fikir ola bilməz. Əgər cəmiyyətdə gedən müsbət dəyişiklikləri, atılmış olan müsbət addımları, bütövlükdə dövlətimizin və xalqımızın güclənməsinə, vətəndaş cəmiyyətinin daha dayanıqlı olmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edən addımlar təqdir olunmursa, bu, artıq birmənalı şəkildə həmin şəxslərin Azərbaycan xalqından, onun düşüncələrindən kənarda qaldığını nümayiş etdirir. O insanlar çox məhdud bir dairədə azsaylı insanlarla birlikdə fəaliyyət göstərirlər və onların cəmiyyətdə yerləri və rolları son dərəcə məhduddur.

Bu cür açıqlamalar tam əminəm ki, xalqımız tərəfindən çox pis qarşılanır. Əslində bu siyasətçinin böyük faciəsidir. O, özünün daxilindəki qərəzi, nifrəti açıq şəkildə büruzə verirsə, yaxud xalqın düşündüklərini önə çəkib onun aradan qaldırılması ilə bağlı fikirlərini ifadə etmirsə, belə insanlar cəmiyyət tərəfindən heç vaxt qəbul oluna bilməzlər. İqtidar bu addımları atırsa, bu addımların xalqın və dövlətin mənafelərinə xidmət etdiyi birmənalıdırsa, xalq bunu dəstəkləyirsə, bunlara qarşı olan qüvvələr özlərini xalqımızın iradəsinə qarşı qoymuş olurlar. Bu həmin siyasətçilərin faciəsidir, eyni zamanda Əli Kərimlinin”.

Deputat AXCP sədrinin əfv statusuna da toxundu: “Onun əfvlə bağlı ilk mövqe ilə tanış oldum. Tam olmasa da, onun mövqeyində müəyyən qədər pozitiv münasibət özünü ifadə etdi. Bunu nədən Əli Kərimli davam etdirmədi? Bu mənə çox təəccüblü gəlir. Çıxardığım nəticə ondan ibarətdir ki, Əli Kərimlinin dedikləri iradəsinin ifadəsi deyil. Görünən odur ki, ona komanda verilə bilər ki, sən bu cür danışmalısan, yəni pozitiv fikirlərdən uzaq ol, daha radikal mövqe nümayiş etdir, əvvəlki mövqeyində dayan, sərt, barışmaz, qərəzli mövqe nümayiş etdir. Hər kəs istər-istəməz bu cür nəticə çıxarar. Çünki onun ilk açıqlaması ilə sonrakılar arasında ciddi fərqlər açıq şəkildə özünü göstərdi. Buna, sadəcə, təəssüf edirəm. Cəmiyyətin mütləq əksəriyyəti prezidentin aparmış olduğu islahatları yüksək qiymətləndirir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru