"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                     Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır .....                     “İlkin həyatımı xilas edib” .....                     Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… .....                     Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! .....                     Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır .....                     Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub .....                     Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” .....                     Ukraynaya görünməmiş hücum: .....                     Ali məktəblərdə dərslər təxirə salındı .....                     Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? .....                     Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb .....                     Təbriz İranda fəallaşdı .....                     "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı" .....                     Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq .....                     Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı .....                     Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… .....                     Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı .....                     Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək .....                 

Müxalifətdə yeni blok yaranır: Bu dəfə kimlər var? - Açıqlama
Tarix: 10-05-2019, 08:50 | Çap et
Müxalifətdə yeni blok yaranır: Bu dəfə kimlər var?
Ölkənin siyasi mühitində fəallaşma müşahidə olunur.

Son aylar bir sıra yeni təşkilat və hərəkatlar yaranıb. Yeni yaranan qurumlar daha çox qalmaqallarla gündəmə gəlir. Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatında (AXH) da qısa zamanda qalmaqal yaşandı və hazırda təşkilat faktiki olaraq iki hissəyə parçalanıb. AXH-dən əvvəl yaranan Qarabağ Komitəsi də qalmaqallardan uzaq qala bilmədi. Amma Qarabağ Komitəsi siyasi təşkilat olmadığı üçün orada baş verənlər bir qədər siyasi gündəmdən kənar qaldı.

İndi isə yeni təşkilatın yaranacağı ilə bağlı məlumatlar yayılmağa başlayıb. Hələlik hansı adda, hansı istiqamətdə fəaliyyət göstərəcəyi, necə təşkilatlanacağı bəlli olmasa da, yeni qurumda Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadənin təmsil olacağı deyilir. İlkin məlumat ondan ibarətdir ki, yeni yaradılacaq təşkilat fərqli siyasi xətt tutacaq. Birliyin yaranması ilə bağlı danışıqlar davam etdirilir.

Hər iki təşəbbüskarın ilkin münasibəti bəllidir. İqbal Ağazadə bildirib ki, yeni yaranacaq hərəkat hakimiyyətə gəlmək üçün deyil, cəmiyyətin demokratikləşməsinə yönəlik mübarizə aparacaq:

“Hələlik yeni yaranacaq hərəkatın adı ilə bağlı konkret fikir bildirmək istəmirik. Bu quruma digər partiyaların da qoşulması ilə bağlı danışıqlar gedir. Qapımız bütün partiyaların üzünə açıqdır. Bura AXH də, Milli Şura da qoşula bilər”.

Yeni yaranacaq təşkilatın siyasi istiqaməti, məqsədi və məramı haqqında ADP sədri Sərdar Cəlaloğlu “Cümhuriyət” qəzetinə açıqlama verib.

“Bu birlikdə təkcə Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası deyil, başqa yeni qüvvələr də var. Bu, bir qədər geniş blok olacaq. Hesab edirik ki, bu günə qədər Azərbaycanda olan siyasi bloklar kifayət qədər iş aparıb. Tərəfdarları, xalqdan dəstəyi də məlumdur. Bu blokları dəstəkləməyən siyasilər, əhali var, biz də onları birləşdirən blok yaratmaq qərarına gəldik. Demokratik seçki, islahat tərəfdarları və sair insanlar bu blokda birləşəcək. İlk ideyanı dəstəkləyən insanlar bu blok ətrafında təşkilatlanacaq”,-deyə S.Cəlaloğlu yeni təşkilatın ilkin məqsədlərini bu cür şərh edib.

ADP sədri, həmçinin bu blokun cəmiyyətin tələb və təklifi ilə meydana gəldiyini deyib:

“Yaranacaq hərəkatın əsas ideyalarından biri də öz fəaliyyətini əsas etibarı ilə dövlətin suverenlik və müstəqilliyinin qorunmasına hesablanıb. Hələlik hərəkatın formalaşması ətrafında işlər gedir, ola bilsin ki, gələcəkdə daha da inkişaf edəcək. Biz elə addımlar atmalıyıq ki, xarici qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə edə bilməsin”.

Sərdar Cəlaloğlu təsis olunmasında birbaşa iştirak etdiyi Azərbaycan Xalq Hərəkatından ayrılmasını, AXH-na alternativ siyasi blokun yaranmasını zəruri edən amillərə də aydınlıq gətirib. Bildirib ki, Azərbaycan Xalq Hərəkatında da ilk ideya yeni blokun yaranmasını zəruri edən səbəblər idi:

“Amma sonradan bu birlik öz qəbul etdiyi qərarları pozdu. Gedib çayxanada İdarə Heyəti yaratdılar. Ona görə də mən Azərbaycan Xalq Hərəkatını tərk etdim. Düşündük ki, ilk addımda verilən qərar əgər bu şəkildə pozulursa, bu, gələcəkdə də ciddi problemlər yaradacaq. Təəssüf ki, düşündüklərimiz özünü doğrultdu. AXH-nın yaranmasından heç bir ay keçmədi, çayxanada İdarə Heyəti yaradanlar bir-birindən ayrıldılar və hərəkat parçalandı. Biz də prosesi başqa cür nəzarət altına ala bilməzdik. Çünki təşəbbüs başqa məqama gəlib çatmışdı və biz də bunu dəstəkləyirdik. Ona görə də düşündük ki, mane olmayaq, öz bildikləri yolla getsinlər. İsgəndər Həmidov indi də deyir ki, İdarə Heyətində təmsil olunun, amma AXH-nın xalqı birləşdirəcəyi inandırıcı deyil. Özü parçalanan bir təşkilatın xalqı birləşdirməsi absurddur.

Belə düşünürəm ki, nəzərdə tutulan bu ideya maraqlara cavab vermir. Ona görə də yeni bir yol seçmişik, burada da qeyri-adi heç bir şey yoxdur. Bu təşkilatda Azərbaycan Xalq Hərəkatına, digər partiya, blok və təşkilatlara dəstək verməyən kəsimi birləşdirəcəyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31
Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26
"Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24
Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17
Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04
Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28
Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26
Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22
"Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12
Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10
İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00
Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58
Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52
DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43
Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33
"Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27
Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru