“Mitinq qadağası Azərbaycana qarşı dost olmayan xarici qüvvələr tərəfindən istifadə olunur” - Pənah Hüseyn
Tarix: 11-05-2019, 09:04 | Çap et
 YAP icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində indiki həssas mərhələdə müxalifətin mitinqlərinə icazə verilməməsinin səbəbləri barədə danışıb. O bildirib ki, hər dəfə Bakı Şəhər İcra Hakimiyyəti məlumatlandırır ki, bunlar götürdüyü öhdəlikləri yerinə yetirmir. “Burada hər hansı təxribat ola bilər və təxribata görə sərbəst toplaşma ilə əlaqədar bəzi məsələləri qeyd edir. Lakin onlar ardıcıl şəkildə əllərində bir fakt olsun deyə, bu məsələni qabardırlar. Müxtəlif bəhanələri ortaya atırlar ki, Avropa İttifaqı ilə imzalanacaq sənədə kölgə salsınlar”, – deyə o qeyd edib.
S.Novruzov həmçinin bildirib ki, mitinq keçirəndə müxalifətin özlərinin təxribat törədəcəkləri, sonra bunu iqtidarın üzərinə atacaqları versiyası var. Bu, ən ciddi məsələdir: “Bunlar da hansı partiyanın tərəfdarı olmasına baxmayaraq, Azərbaycan vətəndaşlarıdır, Azərbaycan dövləti onların təhlükəsizliyini müdafiə edir. O baxımdan da dövlət maraqlıdır ki, onlar təhlükəsiz yaşasınlar, çalışsınlar, fəaliyyət göstərsinlər. İkincisi də mitinqi təşkil edənlər həmişə xəbərdarlığa imza atırlar. “Sərbəst toplaşma haqqında” Qanunda var ki, milli, dini ayrı-seçkilik, dini, milli qarşıdurma, silahlı çevriliş, dövlət çevrilişinə cəhd çağırışlarına yol verilməsin. Lakin öhdəlik götürmələrinə baxmayaraq, onlar hər dəfə bu öhdəliyi pozurlar, qəsdən təxribat törədirlər ki, polis bu məsələlərə müdaxilə etsin. Lakin polis səbirlə davranır və imkan vermir ki, bunlar təxribatdan bəhrələnsinlər. Beləliklə, onlar öz öhdəliklərinə əməl etmədikləri üçün növbəti mitinqlərə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmir”.
Bəs hansısa müxalifətçilər mitinqdə təxribat törədə bilərlərmi? Yaxud da tamamilə kənar qüvvə mitinqdə təxribat törədib müxalifətin və ya hakimiyyətin üzərinə ata bilərmi?
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisin komitə sədri ehtimallarla danışmamalıdır. Qanun bu məsələləri konkret şəkildə tənzimləyir. Əgər ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, yaşaması və fəaliyyəti üçün belə təhdidlər varsa, bu məsələ də aydın deyilməlidir, ehtimallar şəklində səslənməməlidir: “Konkret olaraq isə bu cür fikirlər YAP-ın bir sıra deputatlarına xas olan heç bir fakta əsaslanmayan antimüxalifət fikirlərdən biridir. Müxalifət faktiki olaraq şərlənir. Tamamilə əsassız, heç bir əsası olmayan söhbətdir. Sərbəst toplaşmaq azadlığının pozulmasına haqq qazandırmaq üçün müxalifətə qarşı irəli sürülən fikirlərdir. Arzu edərdik və tələbimiz də ondan ibarətdir ki, məsələlərə ciddi yanaşılsın. Sərbəst toplaşmaq azadlığı sahəsindəki hazırkı vəziyyət Azərbaycana qarşı heç də dost olmayan xarici qüvvələr tərəfindən istifadə olunur. Həmin dost olmayan tərəflərin əlindən bəhanəni almaq üçün sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır”.
VİP sədri Əli Əliyev isə qeyd etdi ki, hökumətin əlində müxalifətçilərin öz mitinqlərində təxribat törədəcəkləri barədə informasiya varsa, o zaman “bu niyyətdə olanları nə səbəbdən neytrallaşdırmırlar” sualı meydana gəlir: “Səyavuş müəllimin təxəyyülünün zənginliyindən xəbərdar idim, amma bu dərəcədə yox. Əvvəla, müxalifət öz tədbirində təxribat nədən törətməlidir, məqsəd nə ola bilər? Əgər təxribat lazımdırsa, müxalifət təxribatçıdırsa, onu niyə mitinqdə etməlidir? Müxalifət iqtidara belə şans yaradırsa, nədən hakimiyyət belə göydəndüşmə imkandan istifadə etmir? Səyavuş müəllim belə məlumata malikdirsə, o zaman bu niyyətdə olanları nə səbəbdən neytrallaşdırmırlar? Nə isə... Cavab verməyə çətinlik çəkəcəkləri suallar çoxdur. Mənim bir məsləhətim var iqtidar nümayəndələrinə. Belə xırdaçılığa getməyin. Konstitusiyanın tanıdığı hüquqlardan çəkindiklərindən xəbərdarıq. Elə birdəfəlik müxalifətin dövlət çevrilişi hazırladığını bəyan edib, siyasi təşkilatların fəaliyyətinə qadağa qoysunlar”. “Yeni Müsavat”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16 |
|
|
|
• Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10 |
|
|
|
• Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00 |
|
|
|
• Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54 |
|
|
|
• Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51 |
|
|
|
• Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44 |
|
|
|
• Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42 |
|
|
|
• Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40 |
|
|
|
• Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37 |
|
|
|
• Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33 |
|
|
|
• “Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28 |
|
|
|
• "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26 |
|
|
|
• Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29 |
|
|
|
• "1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26 |
|
|
|
• “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23 |
|
|
|
• Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20 |
|
|
|
• Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04 |
|
|
|
• Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01 |
|
|
|
• Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20 |
|
|
|
• Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13 |
|
|
|
• Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07 |
|
|
|
• Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58 |
|
|
|
• “İlkin həyatımı xilas edib”
Dünən, 16:53 |
|
|
|
• Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49 |
|
|
|
• Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55 |
|
|
|
• Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50 |
|
|
|
• Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46 |
|
|
|
• Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43 |
|
|
|
• Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41 |
|
|
|
• Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38 |
|
|
|
• Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35 |
|
|
|
• Arvadı mühasib, qardaşı oğlu müavin idi: Bələdiyyə sədri maaşları özü alıb - TƏFƏRRÜAT
Dünən, 15:31 |
|
|
|
• Təbriz İranda fəallaşdı – Bakı hazırdırmı?
Dünən, 15:26 |
|
|
|
• "Allahıma minnətdaram ki, 40 yaşımda məni çox böyük bir çətinliyə saldı"
Dünən, 13:24 |
|
|
|
• Bakı və İrəvan müharibəyə başlaya bilər: hazırıq – Dekoti
Dünən, 13:21 |
|
|
|
• Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
Dünən, 13:17 |
|
|
|
• Rusiya xofu AB-ni çalxalayır: daha 300 min əsgər… - KİV
Dünən, 10:04 |
|
|
|
• Trampın bəyanatları Zelenskinin reytinqini daha da qaldırdı - "O, vətənpərvər və güclü liderdir..."
Dünən, 09:28 |
|
|
|
• Əliyev tezliklə Zəngəzurun açıldığını elan edəcək - Xaçikyan
Dünən, 09:26 |
|
|
|
• Şabranda təhsil adına biabırçılıqlar... - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 09:22 |
|
|
|
• "Onsuz da səndən başqasına küsə bilmirəm..."
Dünən, 09:12 |
|
|
|
• Qəbələnin başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
Dünən, 09:10 |
|
|
|
• İrəvanın revanşist siyasəti: Sülh istiqamətində həllini gözləyən çox məsələlər var? - İNCƏLƏMƏ
Dünən, 09:00 |
|
|
|
• Bakı ilə Ankara vasitəsilə danışa bilər... - GƏLİŞMƏ
Dünən, 08:58 |
|
|
|
• Naxçıvanda daha KİMLƏR GEDİR? - İLGİNC
Dünən, 08:52 |
|
|
|
• DİM-in imtahan sistemində növbəti XAOS - BU NƏDİ BELƏ?
Dünən, 08:43 |
|
|
|
• Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır - Tofiq Zülfüqarov
Dünən, 08:33 |
|
|
|
• "Eybi yoxdur, qoy mən ucuz aktyor olum, amma xalq məni sevsin"
Dünən, 08:27 |
|
|
|
• Putin narahatdır: Lavrov təcili Türkiyəyə gedir – Səbəb
Dünən, 08:24 |
|
|
|
|