Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                 

“Olmayan maliyyənin nə hesabatı?” - ETİRAZ
Tarix: 8-04-2022, 08:22 | Çap et
“Olmayan maliyyənin nə hesabatı?”
Azərbaycanda dövlət qeydiyyatına alınmış 58 siyasi partiyadan 41-i MSK-ya maliyyə hesabatını təqdim edib. 17 siyasi partiya isə 2021-ci il üzrə maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Maliyyə hesabatını təqdim etməyən partiyalar aşağıdakılardır:

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

AĞ Partiya (AĞP)

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Azadlıq Partiyası

Vəhdət Partiyası

“Azərbaycan Mübarizləri” Partiyası

Azərbaycan Milli Demokrat Partiyası

Azad Demokratlar Partiyası (AzDP)

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya).

Qeyd edək ki, MSK aprelin 1-də illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməli idi. diaaz.space-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, hər il partiyanın hesabatı MSK-ya təqdim edildiyi kimi, bu il də maliyyə hesabatını aprelin 1-dək MSK-ya göndəriblər. Sadəcə olaraq, hesabatda bəzi düzəlişlərə ehtiyac yaranıb: “Həmin düzəlişləri edib, maliyyə hesabatımızı yenidən MSK-ya göndərəcəyik. Maliyyə hesabatı verməyən partiyaların dövlət qeydiyyatının ləğvi məsələsi, məncə, qanunvericilikdə əksini tapmır. Qanunda maliyyə yoxlaması keçirib xəbərdarlıq edilməsi məsələsi qeyd edilir. AĞ Partiya qanunların icra olunmasının tərəfdarıdır. Amma qanunlara da əsaslananda gərək siyasi şəraiti, real vəziyyəti nəzərə alaraq addımlar atılsın. Partiyaların, xüsusən müxalifət partiyalarının maliyyə vəziyyətinin necə olduğunu hər kəs bilir. Dövlət büdcəsindən maliyyələşməyəm partiyalardan maliyyə hesabatları tələb etmək qəribə görünür. Amma qanun var və gizlətməli bir şeyimiz olmadığı üçün hesabat vermək problemimiz yoxdur”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirdi ki, üç dəfə maliyyə hesabatını MSK-ya təqdim ediblər, lakin hər üçündə MSK hesabatı düzəliş üçün geri qaytarıb. Sonuncu dəfə partiya hesabatı martın 29-da təqdim edib, MSK isə qəbul etməyib:

“Komissiya yeni qaydalar qoyub. Bəzi xanaların yeri dəyişdirilib, formatda bir sıra yeniliklər ediblər. Ona görə biz tələb edilən düzəlişləri yerinə yetirib, hesabatı yenidən göndərdik. Yəqin ki, düzəlişlər edildiyi üçün qəbul olunacaq”.

T.Kərimli də hesab edir ki, partiyaların MSK-ya maliyyə hesabatı verməsi əslində doğru deyil. Xüsusən də seçkiyə qatılmayan partiyaların maliyyə hesabatı verməsinin anlamı yoxdur.

Bəs maliyyə hesabatı verməyən partiyalara qarşı hansı cəza tədbirləri qanunda nəzərdə tutulub? Tahir Kərimli dedi ki, hesabat təqdim etməyən partiyalarla bağlı Ədliyyə Nazirliyi müvafiq addımlar ata bilər: “Qanuna görə, MSK bununla bağlı Ədliyyə Nazirliyinə təqdimat verir. Nazirlik buna uyğun partiya haqqında tədbirlər görür. Əvvəl partiyalara ancaq məhkəmə qaydası ilə hansısa cəza tətbiq edilə bilərdi. İndi elə hallar var ki, nazirlik özü də bunu yerinə yetirə bilər. Xəbərdarlıq etmək, məhkəmə qaydasında məsələ qaldırılması, bunun nəticəsində partiyanın fəaliyyətsizliyi təsdiq edilərsə, prosedurların yekunu kimi qeydiyyatının ləğvi mümkün ola bilər”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə bildirdi ki, rəhbərlik etdiyi partiyanın maliyyəsi yoxdur, ona görə hesabat verməyiblər: “Olmayan maliyyənin nə hesabatı? Hakimiyyət bizə maliyyə ayırmayıb, yalnız öz yaltaqlarına ayırıb. Siyasi partiyaların MSK-ya maliyyə hesabatı verməsi dünyada bir bizdədir. Partiyanın qeydiyyatını isə yalnız məhkəmə ləğv edə bilər. Bizdə də məhkəmə tam ”müstəqil" olduğuna görə elə şey eləməz".

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov isə bildirdi ki, qanuna görə MSK maliyyə hesabatını vaxtında təqdim etməyən siyasi partiyalara qarşı məsələ qaldıra bilər. Bu zaman MSK hesabatın gecikdirilməsinin səbəblərini araşdırır. Siyasi partiya bu araşdırmadan sonra da hesabatı təqdim etmədikdə, MSK müvafiq qaydada inzibati tənbeh tədbirlərinin tətbiqini həyata keçirə bilər. Vaxtında proseduru başa çatdırmayan partiyalara münasibətdə inzibati tənbeh tədbiri olaraq cərimələrin tətbiqi nəzərdə tutulub.

MSK katibinin sözlərinə görə, bu günə qədər praktikada heç bir partiyaya münasibətdə cərimələr tətbiq olunmayıb, inzibati tənbeh tədbirləri görülməyib. Qeydə alınan partiyaların hamısı bu illər ərzində bu və ya digər dərəcədə əsasən maliyyə hesabatlarını təqdim edib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru