“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                 

“Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır” - Partiya sədri
Tarix: 14-04-2022, 09:42 | Çap et
“Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır”
Aprelin 12-də ABŞ Dövlət Departamenti 2021-ci il üçün dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatını açıqlayıb. Dövlət katibi Antoni Blinken Dövlət Departamentinə hesabat təqdim edib və jurnalistlərin suallarını cavablandırıb.

İllik hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə ciddi insan haqları pozuntularının olduğu qeyd edilib. Hesabatda qanunsuz və ya özbaşına qətllər, işgəncə, güc strukturları tərəfindən qəddar rəftar, qanunsuz və ya özbaşına həbslər, siyasi məhbuslar, ölkədən xaricdə olan fərdlərə qarşı siyasi repressiyalar, cinsi oriyentasiyaya görə fərdlərə qarşı polis zorakılığı, ağır həbsxana şəraiti kimi pozuntular yer alır.

Əlavə olaraq, ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumuna dair hesabatının Azərbaycan hissəsində məhkəmə sisteminin müstəqilliyi ilə bağlı geniş yayılmış problemlərin olduğu, jurnalistlərə qarşı zorakılıq, o cümlədən bəzi jurnalistlərin təqib edilməsi və şübhəli ittihamlarla həbsi, internet azadlığının məhdudiyyəti, bəzi vebsəhifələrin bloklanması, toplaşma və birləşmə azadlığının de-fakto qadağan edilməsi, siyasi iştiraka ciddi məhdudiyyətlər, hökumət korrupsiyası, o cümlədən uşaq əməyinin mövcudluğu kimi pozuntular daxil edilib.

AĞ Partiya başqanı Tural Abbaslı hakimiyyəti bu problemləri aradan qaldırmağa çağırdı: “Təəssüflə qeyd etməliyik ki, təkcə Amerikanın Dövlət Departamentində deyil, bir sıra beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan neqativ anlamda ən yüksək pillələrdə olur. İnsan haqlarının pozulması, siyasi azadlıqlar, azad məhkəmə, azad iqtisadi mühitin olmaması kimi faktlar ölkəmizi bütün siyahılarda geriyə salır. Azərbaycan Ermənistanla mübarizədə beynəlxalq aləmdə bunun əziyyətini çəkir. Nəzərə alsaq ki, bu kimi faktlar Azərbaycana dost olmayan ölkələr tərəfindən bizə qarşı təzyiq vasitəsi kimi istifadə olunur, o zaman hökumət bu hesabatı qəbul etməməklə yanaşı, bu hesabatda göstərilənləri aradan qaldırmaq üçün addımlar atmalıdır. Biz dəfələrlə müxalifət olaraq qeyd etmişik ki, ölkədə siyasi mühitin daha da demokratikləşməsi, məhkəmə sistemində olan problemlərin aradan qaldırılması və digər problemlərin həlli üçün addımlar atılmalıdır. Bu məsələdə iqtidarla müxalifətin birgə dialoqunu təklif etmişəm. Təəssüf ki, hakimiyyət ancaq özlərinin doğru olduğunu qeyd edir. Nəticədə belə neqativ hallar baş verir. Amma söhbət burada heç də ondan getmir ki, hesabatda göstərilən hər bir fakt doğrudur. Lakin deyilən məsələlərlə bağlı ölkəmizdə problemlərin olduğu bir faktdır. Bunu inkar etmək yersiz olardı. Bu problemlərin həlli üçün xüsusi proqramlar hazırlanmalıdır. ”Hər şey yaxşıdır, hər şey normaldır, şikayətlər yoxdur, insanlar küçələrə tökülmürsə, heç bir problem yoxdur" kimi düşüncələrlə hələ belə neqativ hallara çox rast gələcəyik. Qarabağ danışıqlarında bunların problemini az çəkmirik. Ümid edək ki, gələcəkdə belə problemləri beynəlxalq arenada yaşamarıq".

YAP-çı deputat Ceyhun Məmmədov təəssüfləndiyini dilə gətirdi: “Təəssüflə qeyd etmək lazımdır ki, bu cür qərarlar artıq davamlı xarakter alır. Hesabatda çox ciddi ittihamlar və eləcə də qərəzli fikirlər var. Çox təəssüflər olsun ki, Amerika kimi bir dövlətin Dövlət Departamenti dəqiqləşdirməmiş belə məlumatlar yayıb. Azərbaycan hər zaman əməkdaşlıq mübadiləsinə hazırdır. Dəfələrlə beynəlxalq qurumlarla görüşlərdə bu məsələni qaldırmışıq və demişik ki, bu kimi hesabatlar Azərbaycanla məsləhətləşdirilməlidir. Hansısa məsələlər varsa, onunla bağlı fikir mübadiləsi aparıla bilər. Ölkəmizdə son illərdə atılan addımların heç birini görməmək, bu formada ittihamlar irəli sürmək yalnız qərəzin və ikili standartların təzahürüdür. Son illərdə Azərbaycanda bir çox sahələr üzrə ciddi islahatlar aparılıb. Məsələn, siyasi partiyalarla bağlı Prezident Aparatında hörmətli Ədalət müəllimin rəhbərlik etdiyi xüsusi şöbə yaradılıb. Bu gün şöbə siyasi partiyalarla çox sıx işləyir. Bir çox partiyalar yenidən qeydiyyatdan keçib, yeni partiyalar yaradılıb. Azərbaycanda normal siyasi mühitin yaradılması üçün dövlət addımlarını atır. Bu gün ölkəmizdəki siyasi partiyalar arasında dialoqun inkişaf etməsi üçün işlər görülür. Siyasi partiyalar ofislərlə təmin olunub. Bu cür görülən işləri görməməzlikdən gəlmək olmaz. Məhkəmə-hüquq sistemində də çox ciddi işlər aparılır. İslahatlar bu istiqamətdə də davam edir. Hüquq-mühafizə orqanlarında da bu islahatlar keçirilir. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, bu hesabat sanki əvvəlki hesabatların eynisidir. Eyni fikirlər oradan götürülüb. Azərbaycan hər zaman Amerika ilə əlaqələrin inkişafında maraqlı olub. Bunun üçün də üzərinə düşən bütün addımları atır. Əks tərəf bu mövqeyimizi nəzərə almalıdır. Azərbaycan regionda təhlükəsizliyin təminatı üçün, eləcə də Əfqanıstan və bir sıra yerlərdə gedən proseslərdə öz üzərinə düşənləri hər zaman həyata keçirib. Azərbaycanın bu səyləri yüksək qiymətləndirilməlidir. Mətbuat sahəsində də ölkəmizdə son illərdə çox ciddi işlər görülüb. Vebsəhifələrin bloklanması Azərbaycanda mövcud deyil. Belə bir təcrübə var, amma ölkəmizdə heç zaman geniş tətbiq olunmayıb. Bu gün ölkəmizdə mətbuat azadlığı var. Media burada sərbəst şəkildə fəaliyyət göstərir. Heç bir məhdudiyyət yoxdur. Tənqidi fikirlər daxili mediada kifayət qədərdir. Bu da onu göstərir ki, hesabatda yer alan fikirlər əsassızdır. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə də çox ciddi addımlar atılır. Son illərdə onlarla belə faktlar aşkarlanaraq, bununla bağlı ciddi qərarlar verilib. Dəfələrlə cənab Prezident mətbuata müsahibəsində, məmurlarla görüşdə bu barədə ciddi xəbərdarlıqlarını edib. Belə qərəzli yanaşmalara, hesabatların hazırlanmasına son qoyulmalıdır. Əks halda, belə davranışlar, qərəzli mövqelər ikitərəfli əlaqələrə xələl gətirir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bu hesabatda Azərbaycana qarşı qərəzli davranış sərgiləndiyini söylədi: “Bu insanlar başa düşmürlər ki, müharibədən yeni çıxmış bir ölkəyik. İnsan haqları pozulur, bunun əksini deyən var ki? Bütün dövlətlərdə insan haqları necə pozulursa, postsovet məkanında da belədir. Avropa ölkələrinin özündə belə bu haqların pozulduğunu tez-tez görürük. Amma hər dəfə Azərbaycanı vurmaq ədalətli deyil. Onları ölkəmizə dəvət edirəm, gəlib vəziyyəti görsünlər. İnternetdən bundan artıq necə istifadə olunmalıdır? Kim nə istəyirsə, yazır. Media öz tənqidini edə bilir. Elə sizin qəzetin özündə az tənqid olur ki? Sadəcə, buradan bəziləri reallıq hisslərini itirərək, bir sıra məlumatları beynəlxalq təşkilatlara göndərirlər, onlar da araşdırma aparmadan qərəzli mövqe ifadə edirlər. Hesabatı hazırlayanlar işğaldan azad olunmuş yerlərə getsinlər, görsünlər ki, məcburi köçkünlərimizin haqları necə pozulub. Minalara görə hələ də o insanları doğma torpaqlarına köçürə bilmirik. Guya bunları bilmirlər? Sadəcə, qərəzlidirlər. Düzdür, jurnalistlər, blogerlər, siyasi fəallar ara-sıra həbs olunurlar. Bunları daim ifadə edirik. Onların hər birini əfv, amnistiya və digər hüquqi yollarla azad etdirəcəyik”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru