İranda səfirliyimizə terrora görə heç bir istintaq prosesi getmir - ETİRAZ
Tarix: 22-02-2023, 08:16 | Çap et
Prezident İlham Əliyev Münhendə TV kanallarına müsahibəsi zamanı yanvarın 27-də İrandakı səfirliyimizə qarşı törədilmiş terror hücumundan danışıb. Dövlət başçısı terrorçunu göndərənlərin, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran isteblişmentinin nümayəndələrinin ədalət mühakiməsi qarşısına çıxarılmalı olduğunu bildirib. Həmçinin qeyd edib ki, iki gündən sonra terrorçunun “əqli çatışmazlığı olan insan” elan edilməsi qəribədir. Ölkə rəhbəri vurğulayıb ki, İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir və terrorçu cəzalandırılmalıdır:
"Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərksilah edilməyib və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərksilah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımızın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar. Buna görə biz bu məsələ ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb edirik. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır".
Prezidentin sərt açıqlaması İran tərəfində narahatlıq doğurub. XİN rəsmisi Nasir Kənani Tehranın araşdırmanın nəticələrini Azərbaycan tərəfinə təqdim etməyə hazır olduğunu bildirib: “Əminik ki, əməkdaşlıq şəraitində və konstruktiv yanaşma tərzində Azərbaycan rəsmiləri onları düşündürən bütün şübhə və suallara lazımi cavabları alacaqlar”. Onun sözlərinə görə, səfirliyə hücumla bağlı iş üzrə hüquqi proseslər təcavüzkarın açıq-aşkar ifadələrinə və təbii ki, bu faciəli hadisənin bütün cəhətlərinə əsaslanmaqla, ekspertiza keçirilməklə araşdırılır: “Bu hadisənin qeyri-hüquqi şərhlərinin mediada ifadəsi işin hüquqi və məhkəmə təqibində konstruktiv addım deyil. Yaxşı olar ki, hər hansı qərəzdən, məsələnin siyasiləşdirilməsindən və təbliğatından çəkinək”. Qeyd edək ki, terror aktından sonra İran tərəfi terrorçudan tələm-tələsik açıqlama alaraq, mediada yaymış və onun “hadisəni şəxsi zəmində törətdiyi” ifadəsindən maksimum yararlanmağa cəhd göstərmişdi. Eyni zamanda terror hadisəsində cəmi bir saat sonra İran polis rəisi heç bir araşdırma olmadan, hadisənin “şəxsi zəmində” olduğunu dilə gətirməkdən çəkinməmişdi. DİA.AZ-ın məlumatına görə, AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə açıqlamasında bildirib ki, Tehran hökuməti səfirliyimizə qarşı həyata keçirilən terror aktı sayəsində Azərbaycana təzyiq etmək, təhdid və hədələrinin boş olmadığını göstərmək niyyətində idi. Partiya rəhbəri vurğulayıb ki, məhz ona görə İran tərəfi terror aktını bu qədər göz önündə, özü də kobud şəkildə reallaşdırdı:
"Hadisədən qısa zaman sonra İran hüquq-mühafizə orqanlarının terror aktını məişət səviyyəsinə endirmək cəhdi, qatilin xüsusi xidmət orqanları ilə əlaqədə olması faktı, həmçinin yayılan video-görüntülər də bunun isbatıdır. Məqsəd rəsmi Bakını qorxutmaq, geri addım atmağa sövq etmək idi. Hesab edirdilər ki, bunun üçün ən "gözəl mesaj" səfirliyə terror hücumu təşkil etmək və sonra göz görə-görə cinayəti "məişət hadisəsi" kimi qələmə verməkdir. Bəllidir ki, İranda bu terrora görə heç bir istintaq prosesi getmir. İstintaq aparmamaqla Azərbaycanın müraciətlərini heçə saydıqlarını, ciddiyə almadıqlarını deməyə çalışırlar. Azərbaycanda heç kim gözləmir ki, İran rejimi obyektiv və səmimi istintaq aparacaq və cinayətkarı cəzalandıracaq. Ona görə də İranla onun başa düşdüyü dildə danışmaq lazımdır. Təbii ki, biz İrana qarşı terror etməyəcəyik. Azərbaycan dövləti və xalqı hər cür terroru lənətləyir. Ancaq Tehran rejimi bilməlidir ki, bizimlə təhdid dilində danışmaq İrana zərər vuracaq. Azərbaycan güneydə soydaşlarımızın azadlıq hərəkatına hərtərəfli dəstək verməlidir. Həmçinin İranda və müxtəlif ölkələrdə fars-molla rejiminə qarşı mübarizə aparan aktivist azərbaycanlılara şərait yaradılmalıdır. Əgər hansısa bir ölkə bizə qarşı siyasi mübarizə elan edirsə, mütləq qarşılığını almalıdır. Rəsmi Bakı hər zaman qonşularla dostluq münasibətinin qurulmasında maraqlı olub. Lakin Tehran hökuməti israrla düşmənçilik edirsə, bizim də cavabımız adekvat olmalıdır. Əlbəttə, qardaş Türkiyənin də mövqelərini nəzərə alaraq, birlikdə addım atmağı unutmamalıyıq".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|