"Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər" - Ekspert danışır
Tarix: 22-03-2023, 08:50 | Çap et
!["Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər" "Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər"](/uploads/posts/2023-03/thumbs/1679460662_0001.jpg) Paşinaynın son günlər verdiyi açıqlamalardan hiss edilir ki, Ermənistanın niyyəti mövcud torpaqlarının əlindən çıxmaması, yəni SSRİ- dövründə verilən ərazilərlə yanaşı, işğal edilən 8 kəndin onlardan alınmaması və bununla yanaşı Azərbaycanın bütövlüyünü tanısa da, Qarabağda yaşayan ermənilərin tanımasıdır. Ermənistan Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı beynəlxalq təminat istəyir. Digər tərəfdən isə, İran ordusunu hazır vəziyyətə gətirib. Bu da o deməkdir ki, Ermənistanla yenidən müharibə başlanarsa, erməni sıralarında İran ordusunu da görəcəyik. DİA.AZ-ın məlumatına görə, politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın mövqeyi odur ki, 91-ci ildə olan sərhədləri tanınsın. Anklavlar isə dəyişdirilmiş şəkildə qalsın.
“Paşinyan sərhədlərin Ermənistanla faktiki olaraq indiki halda qalmasını istəyir. Azərbaycana gəldikdə isə, Azərbaycan daxilində erməni muxtariyyətini və erməni anklavının olmasında israr edirlər. Əslində Azərbaycanla Ermənistan arasında sülhə ən böyük maneə budur”-deyən politoloq bildirib ki, çünki erməni anklavının olmamasını qəbul etsək, elə o dəqiqə məsələ həllini tapar, sülh müqaviləsi imzalanar. Bizim cəmi iki tələbimiz var. Azərbaycanın Qarabağ suverenliyi tanınsın və Azərbaycan ərazi bütövlüyü tanınsın. Daha sonra biz sərhədləri delimitasiya və demarkasiya edə bilərik. Turab Rzayev qeyd edib ki, Ermənistan buna razıdır. Azərbaycan Qarabağ üzərində suverenliyini də tanıyır, Azərbaycan ərazi bütövlüyünü də tanıyır. Amma… Bu ammadan çox şey asılıdır. Bu zaman Qarabağ ermənilərinin hüquqları ilə bağlı şərtlər qoyur. Bu da onların dolayı yolla hansısa muxtariyyətə və inzibati idarəetməyə sahib olmasını şərtləndirir. Əsas problem budur. Ancaq bu məsələ Azərbaycan və Ermənistanı müharibəyə gətirərmi? Bu sual ətrafında daha geniş müzakirə aparmaq lazımdır. Çünki hazırda Qarabağ ermənilərinin olduğu əraziyə Paşinyan nəzarət etmir. Həmin ərazilər rus sülhməramlılarının və Moskvanın nəzarətindədir. Ona görə də, biz hətta Ermənistanla yeni bir sərhəd müharibəsinə başlasaq belə, bu da bizim üçün hansısa böyük nəticə gətirməyəcək.
“Maksimum ola bilsin ki, Ermənistanı sülhə məcbur edə bilək. Və yaxud da beynəlxalq ictimaiyyətin böyük təzyiqilə üzləşək, müharibə yarımçıq dayandırılsın. Ancaq erməni separatçıların olduğu bölgədə anti-terror əməliyyatları istisna deyil və düşünürəm ki, bunların aparılması ilə bağlı kifayət qədər səbəb də var. Çünki sülh bəyanatında açıq şəkildə göstərilib ki, Qarabağdakı bütün erməni separatçıları oranı tərk etməlidir. Heç bir erməni silahlı birləşməsi qalmamalıdır. Ancaq biz yeni qazılan səngərlər, yeni erməni əsgərləri, yeni çağırışçılar və yeni silahların keçməsini gördük. Hətta rus sülhməramlılarının nəzarətində silahların və erməni əsgərlərinin Qarabağa daşınması görürük”-deyən Turab Rzayev hesab edir ki, bu yaxınlarda baş vermiş insident Azərbaycanın anti-terror əməliyyatlarının yoxlama toqquşması idi. Sınaq toqquşmasında Azərbaycan tərəfi göstərdi ki, lazım gələrsə, biz hətta rusların nəzarəti ilə Qarabağa daxil olan, girib-çıxan o erməni əsgərlərini və texnikasına qarşı əməliyyatlar həyata keçirə bilərik. Qarabağdakı separatçı rejimin qalıqları özlərini rahat hiss etməsinlər. Biz açıq şəkildə mübarizədən çəkinmirik.
İran ordusunun döyüş vəziyyətinə gətirilməsi mövzusuna cavab olaraq politoloq bildirib ki, İran dəfələrlə Ermənistanı müdafiə edəcəyini bəyan edib. Bu da bizim üçün yeni bir hadisə deyil. Açıq şəkildə fars rejimi göstərir ki, onlar Ermənistanı tək qoymayacaqlar, Ermənistan tərəfindən hətta müharibəyə girə bilərlər.
“Azərbaycan sərhədlərində keçirilən hərbi təlimlər də, Azərbaycan səmasınında uçuşlar da buna mesaj idi. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən, heç bir xarici ölkənin fikrini əsas almayacaq. Xüsusilə, İranın. Cənub qonşumuzun Ermənistanla bağlı müəyyən qorxuları varsa, bu qorxuların olması da, Azərbaycan üçün çox qəribədir. Azərbaycanın məqsədi Ermənistan sərhədlərini dəyişmək və Ermənistan ərazisinə daxil olmaq deyil. Bizim məqsədlərimiz öz torpaqlarımızda ərazi bütövlüyünü təmin etməkdir. Əsas məsələ məhz Qarabağın Azərbaycan tərkibinə qayıtmasını və burada hər hansı bir erməni anklavı olmadan bu inteqrasiya prosesinin həyata keçirilməsini təmin etməkdir”-deyə Turab Rzayev qeyd edib.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|