“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Tarix: 27-03-2023, 14:02 | Çap et
![“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” “Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...”](/uploads/posts/2023-03/thumbs/1679903884_0001.jpg) “Hazırda Ermənistan sürətlə silahlanır. Və onlara Rusiya ilə yanaşı, İran da, Hindistan da, hətta Avropa da dəstək verir. Maraqlı bir də orasıdır ki, Qarabağda erməni məsələsi bəlkə də Rusiya ilə İranın birgə projesidir. Amma buna rəğmən Rusiya və İranla düşmən olan Qərb ölkələri həmin projeni müdafiə edirlər. Bax, bu, çox qəribədir”. DİA.AZ bildirir ki, bu fikri Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanan milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib. “Hesab edirəm ki, mövcud durumda Azərbaycan əsas iki xətt üzrə işləməlidir. Birincisi, dünya ölkələrinin ictimaiyyəti ilə işləməliyik. Deyirik ki, ABŞ, yaxud Fransa Qarabağ məsələsinə niyə belə münasibət bəsləyir. Bunun qarşısını almaq üçün həmin ölkələrin ictimaiyyəti, vətəndaşları arasında güclü təbliğat aparmaq gərəkdi ki, onlar da öz dövlətlərinə təsir göstərə bilsinlər. Həmin məqsədlə Qarabağ haqda gerçəklər qısa şəkildə yazılmış bukletlər çap olunur və onlar məsələn, Fransa paytaxtı Paris küçələrində insanlara paylanır. Əgər hansısa Fransa vətəndaşı Gülüstan, Türkmənçay müqavilələrindən üzü bəri və bu gün Qarabağ ətrafında gerçəkdən nə baş verdiyini öyrənərsə, çox güman ki, onda bu məsələ barədə ədalətli rəy formalaşar. Özü də bu təbliğatı təkidli şəkildə aparmaq lazımdır. Xaricdən və Ermənistandan gələn ermənilərin hələ sovet dövründə Azərbaycan ərazisində, xüsusən də Qarabağdakı ermənilər arasında necə təbliğat aparması haqda faktlar məlumdur. Əhali dəfələrlə onları qovurmuş, buna rəğmən yenə geri dönüb sözlərini deyirmişlər... Bunlar həm də onu göstərir ki, Qarabağda baş verənlər əslində “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsi ilə bağlı deyil. Xaricdən Ermənistan vasitəsi ilə idarə olunan dirijor çubuğunun, həmin ölkənin ilhaqçılıq siyasətinin nəticəsidir. Bir çox siyasilər və politoloqlar nədənsə bu məsələni qabartmırlar. Birincisi, ermənilər öz müqəddəratını Ermənistanın qondarılmasıyla həll edib. Və ikincisi, Qarabağ məsələsi Ermənistandan uzadılan barmağın fəaliyyətinin nəticəsidir və bunun adı “millətlərin öz müqəddəratını təyin etməsi” yox, işğaldır, ekspansiyadır”- deyə polkovnik açıqlamasının davamında bildirib. “Azərbaycanın tutacağı ikinci xətt isə daha dişli, daha qətiyyətli hərbi-siyasi proseslərin aparılmasıdır. Bizim ərazimizdə qeyri bir ölkənin hərbi birləşmələri var. Dünya nə deyir, desin, biz həmin işğalçı birləşmələrin ərazimizdən çıxarılmasına, yaxud zərərsizləşdirilməsinə nail olmalıyıq. Dəfələrlə sual qoymuşuq ki, əgər Azərbaycan ərazisində doğrudan da Ermənistan ordusu yoxdursa, bəs Qarabağda ölən bir çox əsgərlər niyə aparılıb Ermənistanda dəfn olunur. Deməli, bunlar Ermənistanın Azərbaycan ərazisindən vuruşan əsgəridir. BMT-nin işğal faktının müəyyən olunması haqda qətnaməsi var. Əgər bir ölkənin ərazisində digər bir ölkənin hərbi mövcudluğu varsa, bunun adı işğal deyil, bəs nədir? Bu yandan da, erməni hərbi birləşmələrinə dəstəkçi kimi digər bir ölkənin – Rusiyanın hərbi kontingenti heç bir beynəlxalq mandatı-filanı olmadan “sülhməramlı” adı altında ərazimizə soxulub və həmin işğalçı erməni ordusuna maddi-texniki və ruhi-mənəvi dəstək verir. Onların gözü qarşısında emənilər canlı qüvvə və texnikalarının sayını artırır, təlimlər keçirlər, əlavə torpaq yollarla silah-sursat daşıyır, yeni yollar salmağa çalışırlar. Bu, nə deməkdir? Və indi artıq məsələ o yerə çatıb ki, Azərbaycan ordusu separatçı və işğalçı ermənilərin addımlarını nəzarətdə saxlamaq üçün hansısa bir yüksəklikdə mövqe tutur, Rusiyanın “sülhməramlı” kontingenti isə ordumuza qarşı həmin yüksəkliyi tərk etmək haqda tələblər irəli sürür. Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir”- deyə Arif Paşa yekunlaşdırıb.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|