![Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu](/uploads/posts/2020-07/thumbs/1594886390_0001.jpg)
Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev xarici işlər naziri təyin olunacaq.
Bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin müvafiq Sərəncam imzalaması gözlənilir.
![Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu Azərbaycanın yeni xarici işlər nazirinin adı məlum oldu](/uploads/posts/2020-07/thumbs/1594886393_01.jpg)
Xatırladaq ki, Hikmət Hacıyev 2014–2018-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.
9 iyul 2018-ci ildə "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.
18 sentyabr 2018-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsini icra edib, 26 noyabr 2018-ci ildə isə bu şöbənin rəhbəri vəzifəsinə təyin olunub.
Rus, türk, ingilis və fransız dillərini bilir.
Ailəlidir.