Harınlamış məmurların ucbatından ünvanlı soaial yardım ala bilmirəm - PREZİDENTƏ ŞİKAYƏT
Tarix: 3-04-2019, 12:51 | Çap et
Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil Hüseynbala oğlu ünvanlı sosial yardım alması ilə bağlı üzləşdiyi qanunsuz münasibətə görə ölkə başçısı İlham Əliyevə, ƏƏSMN-i Sahil Babayevə və digər vəzifəli şəxslərə şikayət ünvanlayıb.
Vətəndaş şikayətinin bir surətini Gununsesi.org-a da təqdim edir.
Həmin şikayəti təqdim edirik:
Bildirmək istəyirəm ki, mən 5 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən müraciət etmişdim Və uyğun olaraq 3 ay 198 manat yardım almışdım. 2017-ci ildən bu yardım formal səbəb ucbatından kəsilmişdir. Adını da qoymuşdular ki, elektrikə görə abonent kodunda problem varmış. Ona görə də bu saxtakarlığı nazirliyin Şəki rayon Şöbəsinə sübut etmək və yenidən yardımın verilməsini bərpa etmək üçün idarəyə aylarla ayaq döyməkdən yorulub, 2017-ci ilin 25 avqustda cənab Prezidentdən sosial yardımın verilməsi üçün məndən əvvəlcədən istənilən 400 manat pulun Şöbənin əsas fiquru olan Vüqar müəllimin özünə mənim əvəzimə dövlət tərəfindən birdəfəlik yardım edilməsini xahiş etdim ki, yardımı ala bilim. 3-4 gündən sonra mənə əvvəlcə təzyiqlər başladı ki, sən idarəyə gəlib izahat yazmalısan ki, dövlət başçısına səhv edib şikayət yazmışam, qanmamışam, ağlım kəsməyib və s. Mən Vüqar müəllimə etiraz etdim ki, xeyr yazmıram. Nə vaxt ki, mənə yardımı rəsmiləşdirərsiniz, o zaman necə desəniz o formada yazaram. Lakin Vüqar müəllim mənə təzyiqə başladı. Mən birtəhər idarədən düşüb kəndə qaçdım.
Kəndə gəlib məni axtarmağa başladılar. Qaçıb bir tanışımın evinin çardağında gizləndim. Nəhayyət, sentyabrın 8-də səhər saat 10-11 radələrində gördüm ki, qapımız döyülür. Gələn Şəki Dövlət Məşğulluq İdarəsinin rəsmi nümayəndəsi Vüqar müəllim və bir yoldaş da vardı. Başladılar and-aman etməyə ki, Fazil vicdanımız haqqı, nəyə inanırsan ona and içirik ki, sabah idarəyə gəl, izahat yaz biz sənə yardımı iki-üç günə düzüb qoşuruq. Vəssəlam. Kişi kimi bu adamların yanında söz verirəm. Mən Vüqar müəllimə dedim ki, yaxşı ki, özün gəlmisən,bax bu 5 nəfərlik ailəmlə yaşadığım daxmamı öz gözlərinlə gör və inan ki, vəziyyətimiz ağırdır. O gözlərini yerə dikib durdu. Yenə and aman edib söz verdilər ki, sənin işin 100 faiz düzələcək. Mən də razı oldum ki, səhər gəlib izahatı yazaram ki, səhv edib şikayət yazmışam. Beləliklə mən də öz vədimə əməl edib onların diktəsilə təzyiq altında izahat yazdım. Budur, mənim sizlərə etdiyim 8 avqust və 25 avqust 2017-ci il tarixli şikayətlərimdən sonra məni 4 dəfə Nazirliyin Şəki şöbəsinə dəvət etmişdilər. Vüqar müəllim daxmama gəlib yalvar-yaxardan sonra məndən şikayətimlə bağlı verdiyi sözə naxələf çıxaraq izahatımı aldıqdan sonra mənə dedi ki, get Bakıdan Nazirlikdən icazə (razılıq) al, ondan sonra sənə sosial yardım verək. Dedim bəs daxmama gəlib yalvaranda belə demirdin axı. Vüqar müəllimin sifəti dəyişilmişdi. Bağırdı ki, vaxtım yoxdur səninlə danışmağa get Bakıdan icazə al sonra gəl yanıma. Mən kor-peşiman kəndə qayıtdım. Ümid edirdim ki, tezliklə yardım alıb evə 1-2 kq ət alaram. Nə yazıq ki, Vüqar kimi “kişi” sözü verən, vicdanıma and olsun deyən bir yerli məmuru insan bilib vədinə inanmışam. Axı mənim nəinki Bakıya getməyə, heç ailəmə almağa çörək pulum yoxdur. Qaldı günlərlə gəlib Nazirlikdə qəbula yazılıb gözləyim ki, razılıq ala bilim. Budur aradan il yarım vaxt keçməsinə baxmayaraq heç bir halda Şəki DMX tərəfindən mənə ünvanlı sosial yardım yazmadılar. Amma nazirliyin rəsmi saytında mənim yaşadığım kənd üzrə ünvanlı social yardım alanların siyahısına baxanda başa düşdüm ki, bu dövlət yardımı real kasıblar üçün deyilmiş. Bu siyahıda keçmiş kolxoz sədrinin ailəsinin , qardaşlarının, çoxsaylı kənd təsəsrrüfatı texnikası olan məşhur fermerlərin və digər imkanlı şəxslərin adlarına rast gəlirəm. Deməli, bu imkanlı şəxslər kəndxudanı ( Şəki DMX müdiri olmuş Elçin müəllimi Bədən tərbiyəsi müəllimi) görüb, kəndi ( ünvanlı dövlət social yardımı) çapıb talayıblar. Mən və mənim kimi 3-cü qrup əlillər də qalmışıq 5-10 manat təqaüdün və 1 inəyin ümidinə ki, ailəmizi ölməmək üçün dolandıra bilək. Cənab Prezident sağ olun ki, bizim kimi kasıbları adam yerinə qoymayan Sosial Təminat Nazirliyində baş alıb gedən qanunsuzların qarşısının alınması üçün lazımi tədbirlər gördünüz. İndi ümid edirk ki, yeni nazir əvvəlkindən fərqli olaraq biz imkansız adamlara vəzifə borcunu yerinə yetirərək qayğı ilə yanaşacaq. Budur, 1 il 6 aydır ki, harınlamış yerli aidiyyatı məmurların məsuliyyətsizliyi ucbatından ünvanlı soaial yardım ala bilmirəm. Hətta mənim şəxsi kabinetimi blok ediblər ki, təkrar müraciət edə bilməyim.
Odur ki, ümidim yalnız Cənab Prezidentin köməkliyinə qalıb. Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın yenidən bərpa edilməsinə köməklik göstərməyinizi və öz qulluq mövqeyindən süi-istifadə edərək dövlətin pulunu gizli sövdələşmələr nəticəsində mənimsəyən məmurların son illərdəki qanunsuz fəaliyyətlərinin yoxlanılması barədə göstəriş verəsiniz. Allah amanında.
İMZA: 3-cü qrup əlil, 5 nəfərlik ailənin başçısı Vəliyev Fazil Hüseynbala oğlu mob.tel. 051-844 98 12. tarix: 27 mart 2019-ci il.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
|