Ziya Məmmədovun yarım milyardlıq keçidini niyə görən olmayıb? - “O körpünü görürsən...”
Tarix: 11-02-2021, 11:07 | Çap et
“Günlərin bir günü azərbaycanlı məmur xarici ölkələrdən birinə gedir. Orada ona gözəl bir körpünü göstərib deyirlər: “O körpünü görürsən...”
Körpüyə xərclənən vəsaitlə, layihə ilə bağlı məlumat verilir. Azərbaycanlı məmur körpünün gözəlliyinə heyran qalır. Növbə Azərbaycan səfərinə çatır. Azərbaycanlı məmur bu dəfə “körpü” təqdim etməli olur:
“O körpünü görürsən, ona 1 milyard dollar xərcləmişik”. Xaricdən gələn qonaq heyrətlə baxır. Qarşısında körpü yox idi”.
Ölkəmizdə yol nəqliyyatında olan mənimsəmə, korrupsiya halları o qədər populyarlaşıb ki, hətta lətifələrin predmetinə də çevirilib. Bu hallarla bağlı mətbuat orqanlarında da yazılar, tənqidi məqalələr dərc olunsa da, onlarla bağlı araşdırmalar aparılmayıb, mənimsəmə faktları zaman-zaman üzə çıxarılsa, qarşısı alınmayıb. İndi isə həmin faktlar bir daha üzə çıxıb və müzakirələr doğurub.
Müzakirəyə səbəb olan məsələlərdən biri də “Gənclik” metrostansiyasının ətrafında inşa edilən keçid üçün xərclənən vəsaitdir. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi dövründə 2,5 km uzunluğu olan keçid üçün 512 milyon dolların xərclənməsi hədsiz şişirdilmiş rəqəm hesab olunur.
Müzakirə olunan bu cür faktlarla bağlı çoxsaylı suallar yaranır.
Əsası isə əgər hər hansı bir qurum və ya şəxs korrupsiya ilə məşğul olubsa, digər cavabdeh qurumlar, nəzarətçi orqanlar niyə bu bu cür mənimsələrə göz yumub?
İqtisadçı Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ümumiyyətlə, vaxtilə bu tipli layihələrdə korrupsiya fantastik həddə idi:
“Neftin qiymətinin çox yüksək olduğu dövr bu cür , yəni məzmunu, məqsədi dəyəri ilə üst-üstə düşməyən layihələrin sayı həddindən artıq çox olub. Yol tikintisində də belə böyük yeyintilərin olduğu da görünürdü. Bakıdan Rusiya sərhədinə qədər çəkilən beton yolun tikintisini də misal gətirmək olar, hansı ki, həmin yol 25 il təmir olunmayacadı. 100 milyonlarla vəsait xərcləndikdən 2 il sonradan təmir işləri başlandı və bu günə qədər də təmir davam edir. Yəni bu işlərin görülməsində tək korrupsiya yox, həm də keyfiyyətsizlik dövlət büdcəsinə ziyan vurub”.
İqtisadçı xatırladır ki, o zaman da korrupsiya faktları ilə bağlı mətbuatda xəbərlər yayılıb, araşdırmalar dərc olunub:
“Amma çox təəssüf ki, həmin vaxt korrupsiya faktlarını dilə gətirənlər hədəfə gəlirdi. Hüquq mühafizə orqanları korrupsiya faktlarını yox, həmin araşdırmalarla bağlı jurnalistləri, Qeyri Hökumət Təşkilatlarını hədəfə alırdı. Çox qəribə bir dövr yaşadıq, təqribən 2010-cu ildən 2016-cı ilə qədər bu davam edib. Böyük neft pulları dövründə bu cür şişirdilmiş layihələrin sayı onlarla olub. Təəssüf ki, bu cür məsələlərlə bağlı hüquq mühafizə orqanlarının və ya Hesablama Palatasının ciddi araşdırmasını görməmişik və cəzalandırılma olmayıb. Cəzasızlıq mühiti isə bu tipli hərəkətlərə rəvac verib. Əslində bu Azərbaycanda illərdir ki, davam edən xroniki problemdir. Korrupsiya, büdcə oğurluğu sistemli bir hala gəlmişdi. Hər kəsin öz payı olduğu üçün bu susqunluqla qarşılanırdı”.
İndi israfçı xərclərə görə cavabdeh şəxs və şəxslərin cəzalandırılacağı gözləniləndirmi? Natiq Cəfərli deyir ki, cəza olmasa, bu tipli məsələlərin təkrarlanması üçün zəmin yaranacaq:
“Ən azı, ciddi araşdırmalar aparılmalı, cəza tədbirləri görülməlidir ki, bu məsələlərə son qoyulsun. Bu, məsələnin bir tərəfidir, məsələnin daha fundamental tərəfi, institutsional həlli ondan ibarətdir ki, ümumiyyətlə, idarəetmənin yaratdığı bu “fürsətlər” aradan qaldırılmalıdır. İdarəetmə sistemində olan problemlər, vətəndaş nəzarətinin zəifliyi buna gətirib çıxarır. Qeyri-hökumət təşkilatlarının işinin genişləndirilməsi, jurnalistlərin fəaliyyəti ilə bağlı məhdudiyyətlərin aradan qalxması, jurnalistlərlə dövlət idarələri arasında normal təmasların bərpa olunması, hesabatlılıq bu tipli məsələlərdə institutsional həll yollarıdır. Cəzalanma olmalıdır, bununla yanaşı elə bir sistem qurulmalıdır ki, gələcəkdə bu tipli məsələlərin baş verməsinə zəmin yaranmasın. Məsələlərin həllinə kompleks yanaşılacaqsa, o zaman ciddi effekt olacaq”.
Dövlət büdcəsindən talanan pulların geri qaytarılması mümkündürmü?
İqtisadçı bildİrir ki, bu, mümkün olsa da, çətin prosesdir:
“Bunun üçün məhkəmə qərarları olmalıdır. Məhkəmələrdə ciddi araşdırmalar olmalı, amma məsələ də bundadır ki, belə bir araşdırmaların aparılmasına şərait yaranacaqmı? Hüquq müstəvisi olmadan bu vəsaitlərin geri qaytarılması və ya “əl dəyişdirilməsi olsa” bu gələcəkdə daha böyük fəsadlar verə bilər. Məhkəmələrdə ciddi araşdırmalar aparılmalıdır - kimlər göz yumub, nəyə görə ölkədə bu situatsiyanın yaranmasına şərait olub. Bütün bunlar ciddi araşdırma tələb edir - hüquqa söykənən qərarlar vasitəsilə bu vəsaitlərin bir hissəsinin dövlət büdcəsinə qaytarılması mümkündür”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08 |
|
|
|
• Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31 |
|
|
|
• Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26 |
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
|