Laçın köçkünləri yenidən torpaqlarını itirəsi oldular - Bu dəfə Ağcabədidə - NARAZILIQ VAR
Tarix: 1-04-2014, 13:16 | Çap et
Ağcabədi rayonu Şənlik kəndinə məxsus 4 saylı Dəlləkli- Muğanlı torpaq sahəsində Laçından köçkün düşmüş ailələr məskunlaşıblar. Həmin ərazidə onlar əsasən maldarlıqla məşğul olurlar. Əldə etdikləri ət, süd məhsullarını da Ağcabədinin yerli bazarında satırlar. Hətta yerli süd zavoduna da məhsul verirlər. Ərazi çox genişdir və əsasən düzənliklərdən ibarətdir. Hava yağmurlu olduqda isə bu əraziyə gediş- gəliş məhdudlaşır. Düzənliyin bir tərəfi Kür çayına gedib çıxır. Ancaq köçkünlər bu əraziləri itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Onlara deyilib ki, bir şirkət bu əraziləri
icarəyə götürüb və orada taxılçılıqla məşğul olmaq istəyir. İndi Laçın köçkünlərindən ərazini tərk etmələri tələb edilir. Biz orada olduğumuz vaxt köçkünlərin evlərinin yaxınlığına kimi ərazinin şumlandığının şahidi olduq:
“ARTIQ HEYVAN OTARMAQ ÜÇÜN YERİMİZ QALMAYIB”
Ərazidə yaşayan 74 yaşlı Ağcabədi rayonu Şənlik kəndin:
“Biz Laçın rayonunun Qarakeçid kəndindənik. Köçkün düşəndə biz gəlib Şənlik kəndinin bu insan yaşamayan ərazisində məskunlaşdıq. Biz bura gəldiyimiz vaxtdan mal- qara saxlayıb, dolanmışıq. Uzun illərdən sonra indi bir şirkət peyda olub, gəlib bizə deyir ki, bu torpaq mənimdi, siz buradan çıxmalısınız. Açığı bilmirik nə edək? Biz bilirik ki, bu işi edənlər yerli məmurlardır. Cənab prezidentin bu işdən xəbəri yoxdur. Bizə buradan çıxmaqla bağlı hər hansı konpensasiya təklif olunmayıb. Biz burada 8 ailə yaşayırıq və ümumilikdə 80 baş iri buynuzlu mal-qaramız var. Bu şirkət bizi hər tərəfdən mühasirəyə alıb və artıq heyvan otarmaq üçün demək olar ki, yerimiz qalmayıb. Bütün əraziləri şumlayıblar. Biz əldə etdiyimiz məhsulu satıb bir təhər dolanırıq. Dədə-babadan mal heyvanla dolanmışıq. Torpaqlarımızı əlimizdən alsalar biz məhv olacağıq. Yaşaya bilməyəcəyik. Müharibə vaxtı bizdən əsir düşən də olub, ölən də. Mən özüm vuruşmuşam, indi nə edək taleyimiz belə gətirdi? Biz azsaylı xalqıq, Kürdük. Dəfələrlə rayon rəhbərliyinə, torpaq şöbəsinin müdirinə, pambıq zavodunun müdirinə demişik. Xahiş etmişik ki, belə haqsızlıq etməyin, xeyri yoxdur, öz bildiklərini edirlər. Mən özüm şerə, sənətə, saza, sözə yaxın adamam, kitabım da nəşr olunub. Ulu öndərin oğlu İlham Əliyev ədalətli adamdı. İnşallah bizə rəhm edəcək. Bütün bunlar rayon rəhbərinin, torpaq şöbəsinin müdirinin əli ilə edilir”.
Digər köçkün İlyas Məmmədov:
“BELƏ OLSA BİZ DOLANA, YAŞAYA BİLMƏYƏCƏYİK”
“Mənim hesabıma görə, burada təxminən 40 hektara yaxın sahəmiz var. İki oğlum, bir kürəkənim yanımda məskunlaşıb. Axır birtəhər dolanırdıq. İndi bu ərazilər başqa adamlara verilib və həmin 40 hektar yerimiz də əlimizdən alınmaq üzrədir. Axı belə olsa biz dolana, yaşaya bilməyəcəyik. Başqa əlimizdən nə alver gəlir, nə də ki, başqa iş. Heyvan saxlamağa yer lazımdır, onu da əlimizdən zorla alırlar”.
Bərzani Axundovun dedikləri:
“YA BİZİ BAŞQA ƏLVERİŞLİ YERƏ KÖÇÜRSÜNLƏR, YA DA...”
“Bu ərazidə qırmızı kitaba düşmüş, yolğun ağacları var. Rəhmətlik ulu öndər H.Əliyev deyib ki, ağac mənim sağ qolumdu. Burada minlərlə hektar meşələri ağır texnika ilə məhv elədilər. Hansısa məmurlar burada taxıl əkəcək. Hansı ki, bu torpaqlar pambıq üçün nəzərdə tutulub. Bu işi həyata keçirənlər deyir ki, bu dövlət proqramına uyğun həyata keçirilir. Onlar deyir ki, ölkədə taxıl qıtlığıdır, ona görə bu ərazilərdə meşəliklər məhv edilib yerində taxıl əkilir. Ya bizi başqa əlverişli yerə köçürsünlər, orada öz mal qaramızı saxlayaq, ya da bizə dəyməsinlər”. ƏRAZİDƏ QIZĞIN İŞ GEDIR...
Biz ərazidə olanda qızğın iş gedirdi. Ərazidə işləyən traktorçu deyirdi ki, su nasosu üçün yer tikirlər. Əraziyə Kürdən su çəkiləcək. Traktorçuların sözlərinə görə, ərazidə artıq 5 aydır iş gedir. Ancaq onlar işin sifarişçisinin kim olduğunu bilmirdilər.
Köçkünlərin şikayətlərinə münasibət öyrənmək üçün icra hakimiyyətinə yollandıq. Başçının humanitar məsələlər üzrə müavini, Əbülfət Tapdıqovla danışa bildik. Ancaq o bu məsələdən xəbərsiz oldğunu dedi. Bizə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komutəsinin yerli şöbəsinə müraciət etməyimizi məsləhət bildi. Biz isə başçının aqrar məsələlər üzrə müavini Leyla Əsgərova ilə telefon əlaqəsi saxladıq. O isə telefonla danışmaq istəmədiyini bildirdi.
“ONLARIN 100 HEKTAR TORPAĞI VAR, BƏS ELƏMİR?”
Daha sonra rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanova üz tutduq. Onun cavabı belə oldu:
“Laçından olan köçkünlərin torpaqları özlərindədir. Həmin ərazilərdə başqa təsərrüfatlar yaranıb və torpaqlar onlara verilib. Yenə deyirəm köçkünlərin istifadəsində olan torpaqlara toxunulmur. Heç bu nəzərdə belə tutulmayıb. 100 hektar onların torpağı var, bəs eləmir? Orada işləyən təsərrüfatların hamısı dövlət proqramına uyğun yaradılmış təsərrüfatlardır. Həmin ərazilərdə pambıq, buğda, arpa əkiləcək. Təsərrüfatların kimlərə məxsus olduğunu bilmirəm, deyə bilmərəm. Nə əcəb laçınlılar sizə deməyib?”
Abbas Süleymanov deyir ki, o rayon rəhbərliyinin tapşırıqları əsasında işləyir: “Bilirsiniz rayonun rəhbəri var, mən kiməm. Mənə nə deyirlər onu da edirəm. Lazımi yerlərə rəsmi şəkildə müraciət olunub, əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra Kür çayının əsas hissəsindən yarılaraq su nasosu tikilməsi üçün işlər aparılıb. Hazırda iş yekunlaşmaq üzrədir. Gələcəkdə həmin sahələrin suvarılması üçün bu vacibdir. O, insanların kifayət qədər torpaqları var. Həm də ki, cəmisi orda 2 ailə yaşayır. Ayıbdır yalan danışmasınlar”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31 |
|
|
|
• “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15 |
|
|
|
• Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12 |
|
|
|
• Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08 |
|
|
|
• Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05 |
|
|
|
• " Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03 |
|
|
|
• Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01 |
|
|
|
• Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00 |
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Dünən, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20 |
|
|
|
|