![Ziya Məmmədovun aqibəti ilə bağlı şok qərar verildi Ziya Məmmədovun aqibəti ilə bağlı şok qərar verildi](/uploads/posts/2014-07/thumbs/1404221626_0001.jpg)
DİA.AZ: - Redaksiyamıza çoxdandır hədəfdə olan nəqliyyat naziri Ziya Məmmədovla bağlı şok bir informasiya daxil olub.
Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, yaxın günlərdə NN şefi postunda dəyişiklik baş tutacaq.
Mənbənin diaaz.space-a söylədikləri: «Çox yaxın günlərdə Ziya Məmmədov vəzifəsindən azad ediləcək. Onun yerinə təyinat isə dərhal baş verəcək».
Hələlik ad açıqlanmasa da, mənbənin diaaz.space-a söylədiklərindən belə ehtimal etmək olar ki, Ziya Məmmədovun yerinə hazırda nəqliyyat nazirinin müavini postunu tutan Mussa Pənahovun təyin edilməsi gözlənilir.
Əlavə bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…