Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                 

Məcburi köçkün FHN rəhbərindən kömək istədi - "Problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər"
Tarix: 13-03-2015, 14:36 | Çap et
Məcburi köçkün FHN rəhbərindən kömək istədi
Ağdam rayonundan məcduri köçkün, hazırda Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi,
523-cü kvartal, ev 12, mənzil 25-də məskunlaşmış
Hacızadə Hüseyn Hacı oğlu Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərova video müraciət etmişdir.
Müraciətdə deyilir:
Çox hörmətli Kəmaləddin müəllim!
Görkəmli dövlət xadimi Heydər Əliyevin göstərişinə uyğun olaraq biz - Qarabağdan olan məcburi köçkünlər 1994-cü ildə rəsmi qaydada “Azərneftyağ” zavodunun baş direktorunun imzaladığı 07.12.1994-cü il tarixli 199-x nömrəli müqavilə əsasında Bakı şəhəri, Nobel prospekti 23-də yerləşən 1364 kv.m neftlə çirklənmiş ərazini və 80 kv.m uçulub-dağıdılmış tikintini icarəyə götürdük. Həmin sahədə tikinti-abadlıq işlərinin aparılması üçün rəsmi icazə alaraq (qoşma-1) erməni işğalından sonra əlimizdə qalan son əmlakımızı bir yerə topalayıb özümüz də gecə-gündüz işləməklə 12 ədəd boks və yardımçı binalar (yeməkxana, yuyunma otağı, kabinetlər və s.) yaradaraq 780 kv.m tikinti işləri apardıq (tikintinin həqiqətən bizim tərəfimizdən aparılmasına dair qarşı tərəfin təsdiqi var və tikintinin planı əlavə olunur - qoşma-2). Ədliyyə Nazirliyindən “Xüsusi mülkiyyətçi” kimi rəsmi qeydiyyatdan keçdik və qanuni müqavilə ilə biz məcburi köçkünlər və şəhid ailələrinin üzvləri avtomobillərə texniki xidmət göstərməyə başladıq (qoşma-3).
Hər il yenilənən müqavilə əsasında öhdəmizə düşənləri, o cümlədən icarə haqqını vaxtlı-vaxtında ödədik (qoşma-4, 5). Lakin zavoda yeni direktor gələn mərhum Ramiz Mirzəyev bizə xəbərdarlıqlar göndərməyə başladı ki, “Oranı xoşluqla bizə verib gedin”. Biz razı olmadıqda, müxtəlif saxta sənədlərlə, hətta güc tətbiq etməklə təzyiqlərə başladılar. Bizim xəbərimiz olmadan, direktor yalnız öz tabeçiliyindəki işçilərin imzası ilə saxta, qondarma aktla bizim xüsusi mülkiyyətimizi birtərəfli qaydada öz “insafına” uyğun cəmi 42 milyon manat (keçmiş Azərbaycan manatı ilə, təqribən 8 min ABŞ dolları) qiymət qoydurub (onların belə bir qiymətləndirmə səlahiyyətləri olmadığı halda) və onu bank vasitəsilə bizim kiçik müəssisənin hesabına köçürtdürdü (qoşma-6). Beləliklə, əslində o, sahibkarlıq fəaliyyətində qətiyyən yolverilməz bir qanunsuzluq törətdi, yəni “iri bir təşkilat kiçik müəssisəni assimilyasiya etmişdir”.
Hətta bizim xəbərimiz olmadan adımızdan saxta sənədlər tərtib etdirilməkdən də çəkinmədilər (qoşma-7), giriş qapısına “xüsusi işçilərini” qoyaraq zor tətbiq etməklə bizi içəri buraxmadılar (həmin mənzərənin fotosu əlavə olunur).
Bundan sonra məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir (qoşma-8). Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur (qoşma-9).
Göründüyü kimi, bu günə qədər bizə çatacaq vəsaitdən yalnız 8100 ABŞ dolları ödənilmişdir (söz vermişdilər ki, qalanını da yavaş-yavaş ödəyəcəklər, amma vədlərini yerinə yetirmədilər). Onlar etibarımızdan sui-istifadə edərək, bizi aldadaraq erməni işğalından sonra yenidən bizim əmlakımızı işğal etmişdilər. Hər yerə yazırlar ki, guya biz “Ədalət” qəzetində onlardan razılıq da etmişik. Lakin ”Ədalət” qəzeti 2.11.2011-ci il tarixli nömrəsində yazıb ki, ”Bununla əlaqədar olaraq heç bir cavab və ya təşəkkür məktubu almamışıq” (qoşma-10). İnsafsızlıqla hər cür saxtakarlığa əl atmışlar, əvvəl bizi zavoda işə götürüb, sonra xəbərimiz olmadan adımızdan saxta ərizə yazıb işdən çıxarmışblar (qoşma-11). Əslində isə bizim elə bir tələbimiz də yoxdur, yalnız bizə dəyən ziyanın ödənilməsini istəyirik.
Hörmətli Kəmaləddin müəllim!
Mən biləndə ki, bu ərazidə Boks Federasiyasının zalları tikilir, dərhal «Allah xeyir versin!» deyərək düşdüyümüz acınacaqlı vəziyyəti bilavasitə Sizə çatdırmaq üçün dəfələrlə qəbulunuzda olmaq istədim. Lakin hələ də bu mümkün olmayıb. Onsuz da hamı kimi biz də əminik ki, Siz dara düşənlərə həmişə əl uzatmısınız, məcburi köçkünlərə dayaq olmusunuz. Mən əminəm ki, Siz özündən asılı olmayaraq son imkanını itirmiş mənim kimi yaşlı bir məcburi köçkünün öz zəhmətilə tikdiyi tikintisinin sökülərək dəymiş ziyanın ödənilməməsinə dözməzsiniz. Əminəm ki, Sizin böyük ürəyiniz mənim çıxılmaz vəziyyətimə biganə qalmayacaq. Müavininiz Orucəli müəllim məni dinləyərək, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Komitəsinə göndərdi. Orada araşdırma aparıldı və mənə bildirdilər ki, nəticə barədə bir neçə gündən sonra çağırıb məlumat verəcəklər. Üç gündən sonra məni Komitəyə çağırdılar. Komitənin əməkdaşları mənə bizim 780 kv.metrlik sökülən tikintimizin yalnız 6 m eni, 62 m uzunluğunda olan ərazinin hazırda tikilməkdə olan sahəyə, qalan hissənin (eni 16 m, uzunluğu 62 m) isə yol tikintisinə düşdüyünü bildirdilər (qoşma-12). Mən onların təklifi ilə razılaşdım. Ancaq bir həftədən sonra yenidən komitəyə çağrıldım. Orada məndən bir həftə öncə verdikləri sənədi geri istədilər. Mən işin nə yerdə olduğunu başa düşüb, hətta onların istədiyi şəkildə razılığa gəlməyimi də bildirdim. Yəni onların nəzərdə tutduğu eni 6 m, uzunluğu 62 metr olan sahənin müəyyən qədər azaldılmasına da razı oldum. Ancaq aradan 5 ay keçməsinə baxmayaraq, Komitədən heç bir reaksiya yoxdur. Bu səbəbdən də mən Orucəli müəllimin və müavinlərinin qəbuluna getsəm də, onlar bu problemin həllinin yalnız sizdən asılı olduğunu deyirlər.
Möhtərəm Prezidentimizin televiziyada dediyi kimi, halallıq olsun deyə Sizin işçilər tərəfindən də təsdiqlənən həcmdə olan tikintimizin dəyərinin hansı formada ödənilməsinə köməklik göstərməyinizi xahiş edirik.
Hörmətli cənab nazir!
Şizin ünvanınıza göndərdiyim yuxarıdakı müraciətimə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynlinin imzası ilə məni heç cürə qane etməyən cavab aldım. Cavab məktubunda bildirilir ki, guya araşdırma zamanı «NSN» kiçik müəssisəsi ilə ARDNŞ-nin nəzdində olan «Azneftyağ» Neft Emalı Zavodu arasında olan mübahisənin məhkəmə orqanlarının müxtəlif instansiyalarında baxıldığı və müvafiq qərarlar qəbul edilərək qüvvəyə mindiyi müəyyən edilib. Daha sonra qeyd edilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, məhkəmə israatında olan məsələlərə dövlət orqanlarının müdaxiləsinə yol verilmir. Halbuki məhkəmə orqanlarının verdiyi qərarlar Sizə göndərdiyim sənədlərdə öz əksini tapıb. Hansı ki, ARDNŞ-nin nəzdində olan «Azneftyağ» Neft Emalı Zavodunun rəhbərliyi qanuni əmlakımızı mənimsəmək məqsədilə saxta sənəd tərtib edib. Həmin saxta sənəd də Sizə təqdim etdiyim sənədlər içərisindədir. Və yuxarıda qeyd etdiyim kimi, məhkəmə qərarı əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza İnstitutunun ekspertləri tərəfindən kiçik müəssisəmiz 111 min manat (təqribən 150 min ABŞ dolları) dəyərində qiymətləndirilmişdir. Yaxşı, bu məbləği versinlər! Bununla razılaşmayan zavod rəhbərliyinin etirazı əsasında yenidən məhkəmənin qərarı ilə ikinci dəfə həmin institutun digər ekspertləri tərəfindən, həm də bu dəfə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə təkrar qiymətləndirmə aparılmış və sonuncu dəfə 121 min manat qiymət qoyulmuşdur. Bəs bu məbləği niyə ödəmirlər?
Xususi olaraq vurğulamaq istəyirəm ki, 2002-ci ildə 121 min manat dəyərində qiymətləndirilmiş 780 kv.m-lik tikintimizin bizdən alınması barədə heç bir məhkəmə qararı yoxdur. Odur ki, bizə dəyən zərərin ödənilməsinə kömək etməyinizi xahiş edirəm. Əlavə olaraq qeyd etmək istəyirəm ki, məsələ ilə bağlı Sizin məsul işçilərinizlə dəfələrlə görüşmüşəm. Onlar problemin yalnız Sizin razılığınızla həll oluna biləcəyini söyləyiblər. Bu səbəbdən də inanıram ki, bu problemin həlli üçün köməyinizi əsirgəməyəcəksiniz.
Redaksiyadan: Biz də inanırıq ki, məlum problem süründürməçilik müstəvisindən həll olunma mərhələsinə keçəcək. Çünki ictimai fikirdə həqiqətən də nazir K.Heydərovun məhz belə bir ədalətli insan və məmur olduğu təsdiqlənib.
Mövzuya mütləq qayıdacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Dünən, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Dünən, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru