Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                     Akopyanın köməkçisi Qətərdə “mini”də .....                     Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır .....                     Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu .....                     "Yanında tonqal qalanmışdı" .....                     Arabir yağıntı olacağı ehtimalı var .....                     Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. .....                     Tramp hamını AYAĞINA GƏTİZDİRİR... .....                     "Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" .....                     İlyas İsmayılovun vəziyyəti necədir? .....                     Rusiyanın ölkəmizdəki RUPORU .....                     Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı .....                     Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub .....                     Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib .....                     Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə .....                     “Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” .....                     Tehran qaranlığa qərq oldu, .....                     Paşinyan yazdı, ermənicə "sülh" istədi .....                     Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq .....                     Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə .....                     Bakı və Moskva arasında söz davası qızışır .....                     İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır .....                     USAID-in baş inspektoru işdən çıxarıldı .....                     BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` .....                     İrəvanın “silahlara nəzarət edək” kələyi .....                     "Repetitorluq təhsilimizə böyük problem yaradır" .....                     "The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: .....                     Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: .....                     “Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…” .....                     Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb .....                     Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? .....                     BDU-nun baş müəllimi vəfat edib .....                     Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq .....                     Bakıda Narkoloji Dispanserdə FACİƏ: .....                     “Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” .....                 

Qalmaqallı bankirin ölkədən qaçırılmasının şok təfərrüatları – MTN izi
Tarix: 20-12-2016, 08:00 | Çap et
Qalmaqallı bankirin ölkədən qaçırılmasının şok təfərrüatları
2012-ci ilin avqustunda qapadılan “Royalbank” ASC-nin çökdürülməsində “MTN çetesi”nin əli olub. Bu haqda redaksiyamıza daxil olan xəbərdə deyilir ki, bankın İdarə Heyətinin sədri, İran mənşəli ABŞ vətəndaşı Cam Əli Mohammad Hassan oğlu Eldar Mahmudovun təsiri altına salınıb. Bank rəhbərinə ən müxtəlif yollarla təzyiqlər göstərilməklə sabiq nazirin şəxsi maraqları təmin edilib. Son nəticədə isə bank müflis həddinə gətirilib və lisenziyası geri alınıb.

Uzun illər Azərbaycanda fəaliyyətdə olan bank üzərindən xaricdə olan hesablara “qara pul” köçürmələri baş tutub. Cinayətlərə etiraz edən bankın filial müdirləri isə ən müxtəlif bəhanələrlə həbsə göndəriliblər. Həbslərin gerçəkləşdirilməsi üçün əsas kimi isə Ə.Camın imzası ilə MTN və digər qurumlara göndərilən məktublar olub. Həmin məktublara əsasən cinayət işləri başlanıb, günahı qanunsuzluqlara etiraz etməkdən o yana keçməyən filial müdirləri qandallanıblar. “Royal bank” ASC-nin “Xəzər” filialının rəhbəri Rinad Məmmədov da Əli Camın imzası ilə MTN-ə göndərilən məktub əsasında tutulanlardandır.

MTN tərəfindən həbsindən sonra R.Məmmədov CM-nin 179.3.2, 308.2 və 193-1.3.2-ci maddələri ilə ittiham olunaraq sonradan uzun müddətə azadlıqdan məhrum edilmişdi. Həbsdə olduğu dövrdə R.Məmmədov başına gələnlər haqda mətbuata geniş materiallar yollamışdı.

Mətbuatda dərc olunan həmin müraciətdən sitat:

“Qısa desək, Samir Əkbərov Əli Camın göstərişinə əsasən özləri istədikləri qaydada idarə etmişlər. Bundan əlavə Əli Cam sonradan filiala müşahidə şurasının üzvi Famil Teymurovu uktaru təyin etməklə, filiala Əmir Adeli adlı şəxsi şərik kimi təqdim etdi. Əmir Adelin banka gələndən bir müddət sonra mənə dedi ki, işçilərdən bir neçəsinin çıxartmaq lazımdır. Məndən soruşduqda nə üçün? O, cavab verdi ki, özümlə gətirdiyim adamları işə götürəcəyəm. Filialda onun üçün əlavə otaq icarəyə götürüldü, mebel alındı və Baş Bankın göstərişi ilə filialın bütün kredit dosyaları onun otağına yığıldı. O, əvvəl "Az Sığorta" şirkətinin müdiri olub. Ordan vəzifəsindən kənarlaşdıqdan sonra Əli Cam Əmir Adelini mənim ilə birgə fəaliyyət üçün təqdim etmişdi. Famil Teymurovun rəhbərliyi ilə dəfələrlə filialda iclas keçirilmişdi. Əmir Adeli filiala Röyal Bankın idarə heyətinin üzvi kimi təqdim olunmuşdu. (O, özü ingilis və iran vətəndaşıdır) Onun gəlişindən sonra isə, İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini təkid edirdilər.

Başqa bir hal isə Əli Cam özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveqiya ikili vətəndaşlarının adına, lakin onlar Azərbaycanlı olmadıqları halda hesab açaraq, onlara Platinium və İnfinity Plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim. Onu da qeyd edim ki, həmin kartlar müştəriyə təqdim edilməsi üçün onların depozit hesabında ən azı 50.000 AZN olmalıdı. Həmin şəxslərin adları:'

1. Marandi Cavad
2. Marandi Tərminə Əli qızı
3. Aydari Peyman
4. Otero Saborido Guan Gose
5. Badid Arira Gesus

Bütün bunlara mən qəti etiraz etdim".

R.Məmmədov etirazından bir müddət sonra həbsə alınıb.

R.Məmmədovun qeyd etdiyi kimi ümumilikdə “Royal bank” ASC rəhbəri 15 filial müdirinin həbsində vasitəçi olub. Bu həbslər bank filiallarında uzun-uzadı yoxlamalar, orada hesabları olan şəxslərin sorğu-suala çəkilməsi, pulların qaynaqları haqda suallarla bezdiriliblər, son nəticədə pulları əllərindən alınıb. Bank müştərilərinin vəsaitlərinin “xortumlanması” Eldar Mahmudov-Əli Cam işbirliyinin istiqamətlərindən biri olub.

Bundan başqa bankın filiallarında çalışanları obyektlərinin əllərindən alınması faktları da var. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş generalı Sübahir Qurbanovun adına Əli Cam vaxtilə xeyli əmlak özəlləşdirib. Belə əmlaklardan biri hazırda Sübahir Qurbanovun işi üzrə zərərçəkənlərdən biridir. Onun Gəncədə atasından qalma əmlakını Əli Cam fırıldaq yolu ilə Sübahir Qurbanovun oğlunun adına keçirib.

2012-ci ildə Mərkəzi Bank “Royal bank” ASC-nin lisenziyasını ləğv edəndən sonra bankda başlanan yoxlamalar nəticəsində illərlə bankda baş verən qanunsuzluqlar üzə çıxıb. Lakin banka lisenziya verilməməsi əslində bankın qanunsuzluqlar içində itib-batması, İranla ilişgilərinə görə olub. Məsələ burasındadır ki, “Royal Bank” fəaliyyətdə olduğu dövrdə İranın çirkli pullarının “yuyulması” barədə məlumatlar vardı. Hətta məşhur “WikiLeaks” saytının yaydığı məxfi materiallarda da bu haqda bəhs olunurdu.

2013-cü il fevralın 21-də Baş Prokurorluq “RoyalBank” ASC-nin vəzifəli şəxslərinin külli miqdarda özgə əmlakını mənimsəmələrinə görə həbs edilmələri haqda rəsmi məlumat http://www.genprosecutor.gov.az/news/4/315 ttp://www.genprosecutor.gov.az/news/4/315 yaymışdı.

Həmin məlumatda deyilirdi:

“RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Vergilər Nazirliyindən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində davam etdirilir. Müəyyən edilmişdir ki, ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nurəddin oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Cam Əli Mohammad Hassan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kənd təsərrüfatı krediti almaq üçün filiala müraciət etmiş Tovuz rayon sakinləri Nizami Qarayev, Seyfəddin Abbasov və İsbəndiyar Müseyibovun adına müxtəlif məbləğlərdə kreditlər rəsmiləşdirməklə ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdıraraq pulu vətəndaşlara verməyib kassadan qanunsuz olaraq götürməklə 400.0 min manat məbləğində pulu mənimsəyərək talamışlar.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, ASC-nin “Gəncə” filialının müdiri Tağıyev Anar Qalib oğlu cəmiyyətin Müşahidə Şurasının sədri Əli Cam və qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən Dövlət Agentliyindən kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi məqsədilə bankın hesabına köçürülmüş külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə kredit almaq üçün filiala müraciət etmiş ayrı-ayrı şəxslərin adlarına ümumilikdə 1 milyon 120.0 min manat məbləğində kredit rəsmiləşdirmişdir. Bundan sonra ödəniş sənədlərini vətəndaşların özlərinə imzalatdırmaqla həmin vəsaitdən cəmi 67.0 min manatını vətəndaşlara verməklə, qalan məbləğləri isə kassadan qanunsuz olaraq götürməklə ümumilikdə 1 milyon 53 min manat məbləğində pulu mənimsəyərək talamışlar. Ədalət Müseyibov və Anar Tağıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda qeyd edilən cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, vurulmuş ziyanın ödətdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Həmin dövrdə digər şəxslər həbs edilsələr də, Əli Cam Eldar Mahmudovun himayəsi altında ölkədən qaça bilib. Bu gün Azərbaycandan çıxarılan milyonlarla dolların hesabına xaricdə kefindədir.

Mövzunu davam etdirəcəyik.
\\musavat.com\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Zaurun göndərdiyi öpüş mesajına görə əri məşhur müğənni arvadını boşadı - Şok olay
Bu gün, 12:10
Ölkəmiz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutub - İsrafil Kərimovun yazısı
Bu gün, 12:07
Tanınmış məhkumların adları Əfv Komissiyasına təqdim edilib - ADLAR
Bu gün, 12:04
Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə iki nəfər həbs edilib
Bu gün, 12:00
“Rusiyanın əsas adamları hələ də hakim vəzifələrdə təmsil olunurlar” - ÇAĞIRIŞ
Bu gün, 11:59
Tehran qaranlığa qərq oldu, əhali etiraza qalxdı
Bu gün, 11:57
Paşinyan yazdı, ermənicə "sülh" istədi - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq - Rüstəmyan
Bu gün, 11:48
Bu şirkət tibbi qurumu 28 milyon manatlıq laboratoriya testləri ilə - TƏMİN ETDİ
Bu gün, 11:44
Bakı və Moskva arasında söz davası qızışır - Eurasia.net
Bu gün, 11:43
İrəvan uzaqdan zərbə endirməyə qadir hücum silahları alır - HANSI GÜNƏ?
Bu gün, 11:39
USAID-in baş inspektoru işdən çıxarıldı -Tənqidi hesabatın nəticəsi
Bu gün, 11:35
BOLT belə çalışır: `Mənə sənin pulun lazim deyil, düş...` - NARAZILIQ VAR...
Bu gün, 11:33
İrəvanın “silahlara nəzarət edək” kələyi - AKTUAL
Bu gün, 11:27
"Repetitorluq təhsilimizə böyük problem yaradır" - deputat
Bu gün, 11:25
"The Washington Post" qəzetində Azərbaycana qarşı daha bir qərəzli yazı yayımlanıb: - 1 cümləsi doğrudur...
Bu gün, 11:23
Bakıda sürət qatarını dayandıran şəxs saxlanıldı: - "Gəzirdim..."
Bu gün, 11:21
“Baba Vəziroğlu dedi ki, Anar belədir, onu təpiyimin altına salası deyiləm axı…”
Bu gün, 11:16
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Bu gün, 11:00
Respublika Pediatriya Mərkəzi həkimlərin bonusunu niyə kəsib? - ŞİKAYƏT VAR...
Bu gün, 10:55
BDU-nun baş müəllimi vəfat edib
Bu gün, 10:52
Respublika Pediatriya Mərkəzi üçün 28 milyon manatlıq testlər alınacaq
Bu gün, 10:51
Bakıda Narkoloji Dispanserdə FACİƏ: - xəstə yıxılıb öldü
Bu gün, 10:44
“Heydər Əliyev “KQB” arxivlərinin açılmasıyla bağlı qurduğu məhkəməyə Sülhəddin Əkbəri də cəlb etmişdi...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:36
Dövlət Orkestrinin həbsdə olan keçmiş rəhbərinin cəzası azaldıldı - TƏFƏRRÜAT
Bu gün, 10:34
Konqres Türkiyəyə “F-35”-lərin verilməsinə baxa bilər - “Türkiyə” qəzeti
Bu gün, 10:31
Ermənistanın Rusiyadakı səfirinə məhkəməyə gəlməsi barədə bildiriş verilib
Bu gün, 10:29
UNEC-in Dərbənd filialına ƏDALƏT GƏLƏCƏKMİ? - Məzunlar MURADLARINA YETƏCƏKMİ?
Bu gün, 10:26
Üçuşaqlı ailələrə müjdə - Onlara nə qədər "uşaqpulu" veriləcək?
Bu gün, 10:17
1085-ci gün: Rusiyanın itkiləri yeniləndi
Bu gün, 10:05
Qısqanc azərbaycanlı keçmiş arvadını izləyib küçədə QAN TÖKDÜ
Bu gün, 10:02
Hansı iqtisadi cəhətdən digərindən daha çox asılıdır: Rusiya, yoxsa Azərbaycan? - ARAŞDIRMA
Bu gün, 09:59
Dövlət vətəndaşı ilə NİYƏ QUMAR OYNASIN Kİ?.. - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:53
AMB ötən ay ən çox şikayət olunan bankların adını açıqlayıb - SİYAHI
Bu gün, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru