Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                 

İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar... - KTN-də nə baş verir?
Tarix: 21-12-2020, 08:47 | Çap et
İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar...
Dünyada 2015-ci ildə baş verən qlobal iqtisadi böhran, birjalarda neft qiymətlərinin sürətlə enməsi Azərbaycana da mənfi təsirini göstərdi. 2015-2016-cı illərdə davamlı şəkildə baş verən devalvasiyalar, iş yerlərinin iflas etməsi ölkədə iqtisadi durumu ağırlaşdırdı. Bütün bu cərəyan edən hadisələrin fonunda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə müəyyən islahatlar həyata keçirməyə başladı.

Prezident İlham Əliyevin hökumətdə apardığı islahatlar, dövlətin dəstəyi ilə yaradılan yeni innovativ layihələr, özəl sektorda yaradılan bu tip layihələrin dövlət tərəfindən dəstəklənməsi iqtisadi böhranın aradan qalxmasına müəyyən qədər təkan verə bildi.

Dövlətin qeyri-neft sektorunda inkişafını prioritet saydığı sahələr, ilk növbədə, aqrar sektor və turizm oldu. Lakin ilin əvvəlindən koronavirus pandemiyasının dünyada geniş yayılması sözügedən sektora ciddi zərbə endirdi və nəticədə bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sahəsi tam iflasa uğradı.
Aqrar sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün dövlətin ayırdığı subsidiyalar, bu istiqamətdə çalışan sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi, beynəlxalq layihələr çərçivəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin tətbiqi isə hələ ki, gözlənilən nəticəni vermir. Əksinə, kənd təsərrüfatı sahəsində çalışan insanların gəlirlərinin azalması, ənənəvi əkinçiliyin sıradan çıxması, məhsuldar torpaqların becərilməməsi halları, melorasiya sahəsindəki problemlər gündən-günə artmaqdadır.

Anası ağlar günə qalan aqrar sektor

Artıq kənd təsərrüfatı sahəsində yaşanan problemləri hər bir vətəndaş hiss etməkdədir. Belə ki, market və bazarlarda meyvə-tərəvəzlərin, ət və süd məhsullarının qiymətlərinin gündən-günə qalxması, bu ərzaqların çoxunun isə xaricdən, əsasən də bizdən kasıb və məhsuldar torpaqları olmayan ölkələrdən idxal edilməsi vəziyyətin daha acınacaqlı olmasının göstəricisidir. Aqrar sektorun inkişafına birbaşa məsul olan Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi isə qarşıdakı problemin nəinki aradan qalxmasına, əksinə daha da dərinləşməsinə yol açır.

Kənd Təsərrüfatı Nazirliyinin strukturunda 2018-ci ildə baş verən dəyişikliklərdən sonra da əfsus ki, bu sahədə olan problemləri aradan qaldırmaq mümkün olmamışdır. Dövlətin və beynəlxalq təşkilatların maliyyə dəstəyi hesabına həyata keçirilən layihələrin effektivliyi gözlənilən nəticəni verməmişdir. Nazirliyin aqrar sektorda yenilik kimi təqdim etdiyi layihələrin bəziləri isə dövlətin digər strukturlarının illər öncə həyata keçirdiyi layihələrin birbaşa təkrarından ibarətdir.

Bir-birini təkrarlayan effektsiz layihələr

2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan, fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını, fermerlərdən, sahibkarlardan məhsulların birbaşa alınmasını və kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə həmin məhsulların xarici ölkələrə ixracını və istehsal olunan bu məhsulların yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin etməli olan "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti isə yumşaq sözlə ifadə etsək, qənaətbəxş sayılmır.

"Aqrar Tədarük və Təchizat” ASC 2018-ci ildən indiyədək aqrar sahənin inkişafı üçün bəzi layihələr həyata keçirmişdir. Bu layihələrdən biri ölkədəki əksər fermer və sahibkarları qane etməyən "tədarük portal” digəri isə "Şəhərdən kəndə” layihəsidir.

"Aqrar Tədarük və Təchizat” ASC-nin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirdyi layihələrdən biri də 2019-cu ilin oktyabr ayında başladılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsidir.

"Dağlarda dolaşan" "AFAQ”

AFAQ layihəsinin əsas məqsədi aqrar sektorda çalışan qadınları dəstəkləmək, onları bu sahədə çalışmağa həvəsləndirmək və sosial vəziyyətlərinin yaxşılaşmasını təmin etməkdir. Layihə çərçivəsində fermer qadınlara müstəqil surətdə kredit götürmək, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şərait yaradılacağı vurğulanır.

Layihə ilə bağlı görülən işlərlə tanış olmaq üçün "Aqrar Tədarük və Təchizat” ASC-nin yaratdığı afaq.az portalına daxil olduqda isə layihənin yaradılmasından 1 il ötməsinə baxmayaraq, görülən işlərin heç də qənaətbəxş olmadığı aydınlaşır.

Belə ki, portalın "haqqımızda” bölməsini açıb, "layihə haqqında”, "necə qoşulmalı” və "hesabatlar” bölməsinə daxil olmaq istədikdə "səhifə yenilənir” xəbərdarlığı ilə qarşılaşırıq. "Səhifə yenilənir” xəbərdarlığı ilə "AFAQ shop” və "Təlim və tədbirlər” bölməsinə daxil olarkən də qarşılaşırıq. Xəbərdarlıq "Afaq forum” bölməsində də öz "mövqeyini” qoruyub saxlayır.

Portalda "Afaqçılar” bölməsində isə olduqca maraqlı məqamlara rast gəlinir. Qeyd edək ki, bu bölmədə layihədən yararlanan 25 xanım haqqında qısa informasiya verilmişdir. Buradakı informasiyalarla tanış olduqda bəzi narahatedici məqamlar ortaya çıxır. Sözügedən narahatlıqlardan biri ciddi texniki və maliyyə dəstəyi olan layihənin lokal xarakter daşımasıdır. Ola bilsin ki, gələcəkdə layihə genişlənərək bir çox regionları əhatə edəcək. Lakin hazırda bizə təqdim olunan "Afaqçı” xanımlar Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Məsələn, bölmədə təqdim edilən 25 xanımın 3-ü Şamaxı rayonunun Məlikçobanlı kəndindən, 14-ü İsmayıllı rayonunun Sumağallı kəndindən, 3-ü İsmayıllı rayonunun Kürdmaşı kəndindən, digər 3-ü Şamaxı rayonunun Meysəri, Göylər, Qaladərəsi kəndlərindən, 2-i isə Balakən rayonunun Talalar və Hənifə kənd sakinləridirlər.

Bir il ərzində davam edən layihənin 5-6 kənddən kənara çıxa bilməməsi gözlənilən subyektiv səbəblərlə yanaşı, həm də "Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin fəaliyyətsizliyinin əyani təzahürüdür.

Bununla belə, obyektivlik naminə vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının aqrar sektorun inkişafı naminə müəllifi olduqları mənasız layihələrdən fərqli olaraq "AFAQ” layihəsində, heç olmasa, bəxti gətirən təsərrüfatçı xanımlar avadanlıq və bəzi hallarda isə inək, toyuq-cücə ilə təmin olunurlar.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki yardımı ilə həyata keçirilən AFAQ layihəsinə "PAŞA Holding” maliyyə dəstəyi verir.

Cahandar Laçınlı
Qlobal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru