Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                     "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." .....                     "Onlar vecimə deyil" .....                     Sahil Babayev niyə maliyyə naziri oldu? .....                     İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir .....                     Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək .....                     "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                 

İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Tarix: 4-01-2021, 09:30 | Çap et
İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır?
Son dövrlər ölkəmizdə baş verən hadisələr,ictimai, hərbi-siyasi məsələlər, cənab Prezidentimizin misilsiz güclü mövqeyi və siyasi iradəsi nəticəsində peşəkar milli ordumuzun gücü ilə uzun illər erməni işğalçılarının ayaqları altında qalan torpaqlarımızın, şəhər və kəndlərimizin azad olunması yalnız bizi sevindirmədi, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm qələbə ölkəmizdə milli birliyə nail olmağın və cənab Prezidentin ətrafında sıx birləşməyin ən bariz nümunəsi və nəticəsi idi.
Müharibə insanlarımızı doğmalaşdırmışdı. Hamı sevinir, qələbəyə inanır, böyük ruh yüksəkliyi ilə yaşayır, deyir, gülür və şəhidlərimizi də qürurla qarşılayırdıq... Amma təəssüf ki, içimizdə elə insanlar var ki, onlar sanki ölkədə baş verən hadisələri görmür, öz şəxsi maraqlarını hər şeydən və bütün dəyərlərdən- Vətən, millət, torpaq sevgisindən üstün tutaraq varlanmaq, var- dövlət sahibi olmaq üçün ən iyrənc üsullara əl atır,korrupsiya və rüşvətxorluq girdabına yuvarlanırlar.

Bu insanlar hətta milli – mənəvi dəyərlərimizə, illərlə formalaşmış adət və ənənələrimizə məhəl qoymadan əxlaqa, insanlığa zidd gedərək Allahın insanlara bəxş etdiyi ən gözəl hissləri belə itirmişlər. Bizim insanlarımız həmişə bir- birinə dayaq olmuş, arxa olmuş, kimsəsizlərə, imkansızlara əl tutmuş, yardım etmiş, köməklik göstərmiş və bu etdiklərini özlərinin ən müqəddəs borcu və vəzifəsi bilmişlər.
Bəs kimlərdir özlərini bu gözəl hisslərdən məhrum edib süründürməçiliyə, rüşvətxorluğa, korrupsiyaya meyillənən bu natəmiz əməllərinə vərdiş edən?

Onu da deyim ki, biz bunu yazmaq, çəkilişlər aparmaq, ictimailəşdirmək istəmirdik. Çalışırdıq ki, şikayətçilərin haqlı istəkləri yerindəcə həll olunsun. Amma təəssüf, çox təəssüf!.. Dövlət Sosial Müdafiə Fondunun Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov danışıqlardan imtina etdi. Onu da qeyd edək ki, Vüqar ŞəFa oğlu Behbudov 06.08.2020- ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin müvafiq əmri ilə DSMF- nin Sosial Xidmətlər Agentliyininm İdarə Heyətinin sədri təyin edilmişdir. Bundan əvvəl V. Behbudov DSMF- nin Sosial Xidmətlər və Proqramlar şöbəsinin müdri vəzifəsində çalışmışdır. Tam əminliklə deyərdik ki, Nazir Sahil Babayev Vüqar Behbudovu hələ şöbə müdiri vaxtlarından yaxşı tanımasaydı onu Sosial Xidmət Agentliyinin sədri kimi məsul bir vəzifəyə təyin etməzdi. Kim bilir, bəlkə də elə onu bu yüksək “keyfiyyətlərinə” və “ dəyərlərinə” görə irəli çəkmişdir? Ola bilməz ki, bir insanı yaxşı tanımadan, bilmədən haqqında heç bir informasiyaya malik olmadan mühüm dövlət postuna irəli çəkəsən, bu heç mümkün də deyil. Onda belə çıxır ki, heç Sahil Babayevin özü yerində olmayan nazirdir. Görünür onu ölkə başçısına təqdim edənlər yanlış məlumat veriblər. Bəlkə də əksinə, 0nun inanıb etimad etdiyi adamın əməllərindən heç xəbəri də yoxdur? Bəs əslində nə baş verib?

Bildiyimiz kimi dövlətimiz valideyn himayəsindən məhrum olan, yetim, kimsəsiz uşaqlar üçün hər cür şərait yaradır, onların boya- başa çatması, təhsil alması, yaşaması, işləməsi üçün xüsusi diqqət ayırır, qayğı göstərir. Bu cür gənclərin- internat məzunlarının dövlət hesabına evlə təmin olunması üçün Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavod yolu 2-ci Massivdə ucalan hündür və yaraşıqlı binalar dövlət qayğısının aydın təzahürüdür. Bəs DSMF Sosial Xidmət Agentyliyinin sədri Vüqar Behbudovun bu evlərlə nə əlaqəsi var?

Faktlara diqqət yetirək. Dövlət himayəsində yaşayan internat məzunu Vüqar Rəfayıl oğlu Salahov redaksiyamıza etdiyi müraciətdə deyir: “ Təxminən 2 il bundan əvvəl Abşeron rayonu, Masazır qəsəbəsi, duz zavod yolu, 2-ci Massivdə yaşayan internat məzunu Seymur Ağalar oğlu Kazımlıya 1000 manat pul vermişdim ki, həmin ərazidə internat məzunları üçün inşa olunan mənzillərdən mənim üçün də növbədənkənar otaq alsın. Çünki Seymur fəal, aktiv olduğundan QHT sədri Validə Abbasova adlı xanımla iş birliyi qurmuşdur. Bu yolla internat məzunlarının növbədən kənar ev almaq üçün mənzillə təmin edirlər. QHT rəhbəri Validə Abbasova bütün bu qanunsuz əməlləri vaxtilə DSMF şöbə müdiri işləmiş Vüqar Behbudovla həyata keçirirdi. QHT sədri bir qayda olaraq gördüyü işləri, yəni internat məzunlarını növbədən əvvələ salmaqla ev vermək üçün 1000- 3000 manat arasında həll edirdi. Bunu isə internat məzunları arasında aktiv olan Seymur Kazımlının vasitəsi ilə həyata keçirərdi. Belə ki, növbədən ev almaq istəyən internat məzunları Seymura yaxınlaşar və qeyd olunan məbləği ona verərdilər. Seymur da həmin məbləği QHT rəhbəri Validə Abbasovaya çatdırardı. O da pul verənlərin siyahısını hazırlayıb pulla bərabər DSMF – nin şöbə müdiri Vüqar Behbudova verərdi. Beləliklə, zəncirvari korrupsiya əməlləri ilə məşğul olan Vüqar Behbudov və Validə Abbasova iş birliyini davam etdirərdilər. Ürək ağrıdan bu faktları bizə şikayətçi internat məzunu Vüqar Salahov danışıb. Və yalnız danışmaqla kifayətlənməyərək dediklərinə aid səs yazısını, video və fotolardan ibarət olan diski bizə təqdim edib.Diskdə QHT sədri Validə Abbasova və onun oğlu Səbuhinin səs yazıları var. Səs yazısında Validə Abbasova internat məzunu alacağı pulları Vüqar Behbudova çatdıracağından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrdə çalışan adamlarla yaxın əlaqəsindən danışır.

Burda bir məsələni qeyd etyməyi vacib hesab edirik ki, bəzi oxucularımız elə düşünərlər ki, qeyri Hökumət Təşkilatının ( QHT) sədri Validə Abbasovanın işi bir QHT rəhbəri olaraq ancaq dəllalıq, rüşvətxorluq və korrupsiuya ilə məşğul olmaqdır. Əsla! bizdə yüzlərlə Qeyri Hökumət Təşkilatları var ki, respublikamızın ictimai həyatında böyük fəallıq göstərir, öz sahələri üzrə faydalı işlərlə məşğul olurlar. “ Üçüncü sektor” adlanan Qeyri Hökumət Təşkilatları qəti şəkildə biznes və kommerasiya ilə məşğul ola bilməzlər. Bu, qanunla qadağandır. QHT-lər haqqında Azərbaycan Respublikasının Qanununda deyilir: “...bu struktur öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri hökumət təşkilatıdır. Lakin şəxsi maraq hissləri Validə Abbasovanın gözlərini elə bağlayıb ki, o, Vüqar Behdudov və özünün dediyi kimi Nazirlikdən bir neçə vəzifəli şəxslərdən başqa heç kimi görmür. Hətta rəhbərlik etdiyi Müşfiq Əlillər Cəmiyyətinin fəaliyyətini belə səhv salır. Bəlkə elə biz səhv salırıq? QHT sədri şüurlu surətdə nə etdiyinin fərqindədir. Hardansa qrant alıb sonra onun hesabatını verməkdənsə asan yolla qaz vurub qazan doldurmağı daha üstün tutur. Hansının həqiqət olduğunu yəqin ki, aidiyyatı orqanlar araşdıracaq.

Vüqar Salahov bildirir ki, uzun illərdir kirayə qalıram, min bir əzabla yaşayıram. Amma internat məzunları üçün tikilən evləri Vüqar Behbudov müavini Pərvanənin və Validə Abbasovanın əli ilə satırlar.

V.Salahovun sözlərinə görə ondan 1000 manat pul alıb növbədən kənar ev verəcəklərini bildirsələr də, indiyə qədər nə ev veriblər, nə də pulu qaytarıblar. Çarəsiz qalan Vüqar Salahov bir neçə dövlət qurumlarına müraciət etsə də heç bir nəticə olmayıb. Son ümid yeri kimi DogruXeber.az İnformasiya Agentliyinin redaksiyasına sığınıb. Ona bu işdə yardımçı və yaxından köməklik göstərməyimizi xahiş edir. Vüqar Salahov bir neçə ay bundan öncə redaksiyamıza gəlmişdi.Onun müraciətini o vaxt saytımızda vermişdik. Amma nədənsə korrupsiyada adı hallanan DSMF- nin şöbə müdiri Vüqar Behbudov bu müraciətə cavab vermədi. İndi V.Salahov xahiş edir ki, onun bizə təqdim etdiyi video diskləri və səs yazılarını redaksiyamız vasitəsilə ictimailəşdirək. O, həmçinin bildirir ki, Vüqar Behbudovun qəbuluna gələn internat məzunlarından elələri olub ki, süründürməçilikdən bezərək özlərinə qəsd ediblər. Ağır xəsarət alan məzunlara ev veriblər ki, şikayət etməsinlər. İndi mən də o həddə çatmışam. Ancaq ev ala bilmədiyimə görə ev üçün borc aldığım pulları qaytara bilmədiyim üçün insanların üzünə baxa bilmirəm özümü sınmış, əzilmiş, alçaldılmış və təhqir olunmuş hesab edirəm. Belə yaşamağın nə mənası var. Onun gözləri dolmuşdu. Özünü güclə saxlayırdı. Onu da deyim ki, Vüqar Salahovun şikayətindən sonra DSMF- nin şöbə müdiri Vüqar Behbudovla telefon əlaqəsi saxladıq. Lakin suallarımıza cavab verməkdən imtina etdi. Rüşvətxorluq, korrupsiya ilə qazanılan pullar QHT rəhbəri kimi onun da gözlərini bağlamış, məsuliyyət hissini tamamilə itirmişdir. Valideyn himayəsindən məhrum olan belə uşaqlara sahib çıxan dövlətimiz onlara hər cür qayğı göstərdiyi halda Vüqar Behbudov kimi vəzifə səlahiyyətlərini aşan məmurlar dövlətin yürütdüyü siyasətin əksinə gedirlər. Bu, dövlətə, millətə, vətənə xəyanətdir. Arxadan vurulan zərbədir. Həyata yenicə atılmış dövlətdən başqa heç kimdən qayğı, sevgi, məhəbbət görməyən, valideyn qayğısının nə olduğunu bilməyən, hiss etməyən, qəlbiqırıq, kövrək, həssas insanların haqqına girmək böyük və bəşəri cinayətdir. Bu inayəti bağışlamaq olmaz. İnsanların haqqını əlindən almaq, onun inamını qırmaq, arzu və istəklərini məhv etmək, yaşamaq həvəsini öldürmək, intihara sürükləmək o insanları öldürməkdən daha ağır, daha dəhşətlidir.

Biz yuxarıda versiya kimi irəli sürmüşdük ki, bəlkə Nazir Sahil Babayev DSMF–nin şöbə müdiri Vüqar Behbudovu yaxşı tanımadan və onu cinayətkar əməllərindən xəbəri olmadan Sosial Xidmət Agentliyinin rəisi təyin etmişdir. Amma indi açıq- aydın görünür ki, bu heç də belə deyil. Ola bilməz ki, Sahil Babayev Vüqar Behbudovun yaramaz əməllərindən xəbərsiz olsun. Tabeliyində işləyən məmurların kimliyini, onların hansı əməl sahibi olduqlarını bilməyən rəhbər işçi deməli yerində deyil. Amma Sahil Babayev ağıllı adamdır. Bəs onda?... Bu məsələləri araşdırmaq üçün aidiyyatı orqanların öhdəsinə buraxırıq. Bizi maraqlandıran isə Vüqar Salahov və onun kimi insanların itirilmiş haqqını özlərinə qaytarılmasıdır.
Bu mövzuya yenə qayıdacağıq...
//azerinfo.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Dünən, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Dünən, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Dünən, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Dünən, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Dünən, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Dünən, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Dünən, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Dünən, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Dünən, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Dünən, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Dünən, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Dünən, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Dünən, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Dünən, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Dünən, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Dünən, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Dünən, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Dünən, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Dünən, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Dünən, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Dünən, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Dünən, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru