
DİA.AZ: - Son vaxtlar yaradıcılıq fəaliyyətini aktivləşdirən istedadlı rəssam və dizayner Səadət "Tapar məni" adlı layihəyə imza atıb.
DİA.AZ xəbər verir ki, rəssam layihə barədə saytımıza belə açıqlama verib:
"Layihənin ideyası fotoqraf Etibar Hüseynlinin fikri idi. O da mənə müraciət etdi. Seçimimdə isə yanılmamışam, çox gözəl fotolar alındı. Buna görə Etibara təşəkkür edirəm".
Daha sonra Səadət qarşıdakı planlarını dilə gətirib: "Yeniliklərim çoxdur, gərək başlasam səhərə kimi danışım. Süprizlər çox olacaq. Tezliklə pərəstişkarlarımı yeni layihələrimlə sevindirəcəm".

