
Rusiya Niderland və Fransadakı seçkilərə müdaxilə edib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Senatdakı dinləmələr zamanı sualları cavablandırarkən deyib.
“Bəli, mən hesab edirəm ki, edib”, - deyə dövlət katibi vurğulayıb.
Tillerson, həmçinin hesab edir ki, Rusiya NATO-nun zəif olmasında maraqlıdır.
Qeyd edək ki, Rusiya tərəfi dəfələrlə ABŞ xüsusi xidmət orqanlarının Moskvanın ABŞ, Fransa və Almaniyada seçkilərə müdaxilə etmək barədə bəyanatlarını rədd edib.