
Yaponiya yaxınlığında ABŞ-ın “USS Fitzgerald” esminesi ilə Filippinə məxsus yük gəmisi toqquşub. AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.
Məlumatı ABŞ Hərbi-Dəniz Qüvvələri də təsdiqləyib.
Yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. O, və daha üç hərbçi ABŞ Hərbi Dəniz Qüvvələrinin hospitalına çatdırılıb. Onların vəziyyətlərinin sabit olduğu bildirilir.