
Türkiyədə bir həftə ərzində keçirilən antiterror əməliyyatlarında 60 PKK terrorçusu zərərsizləşdirilib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərargahı məlumat yayıb.
22-29 iyun tarixlərində Hakkari, Şırnak, Diyarbakır, Bingöl, Elazığ və Siirtdə təşkil edilən əməliyyatlarda terrorçulara aid səkkiz sığınacaq, mağara və silah anbarı məhv edilib.
Əməliyyatlar zamanı doqquz əsgər həlak olub, səkkizi yaralanıb.