
Birləşmiş Ştatların şimal-şərqində yerləşən bir neçə ştatda qar qasırğası səbəbindən 3 mindən çox aviareys təxirə salınıb və 9 mindən çox təyyarə reysi gecikib.
"Report" xəbər verir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.
Güclü qar yağışı Amerikanın xüsusilə, Nyu-York, Konnektikut, Nyu-Hempşir, Vermont, Massaçusets və Pensilvaniya kimi ştatlarında qeydə alınıb.
Bu, son həftə ərzində sözügedən regionda artıq ikinci ciddi qar qasırğasıdır.