
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) və Azad Suriya Ordusunun (ASO) Afrində ardıcıl uğurları PKK/YPG terrorçularını ciddi təşvişə salıb.
Axar.az xəbər verir ki, yaşayış sahələrinin müntəzəm olaraq azad edilməsi qruplaşmada gərgin psixoloji durum yaradıb.
Müttəfiq ordularının qarşısında tab gətirə bilməyən terrorçular geri çəkildikdə ABŞ-dan aldıqları xeyli silah-sursat da ələ keçirilir.
Bəzi mənbələrin məlumatına görə, Türkiyə ordusu Afrində YPG-nin ABŞ silahlarını saxladığı ən böyük cəbbəxanasını tapıb.