
Rusiya Prezidenti Vladimir Putin S-400 zenit-raket komplekslərini dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemi adlandırıb.
Trend-in məlumaıtna görə, bu barədə C.Putin "Valday" diskussiya klubunun iclasında bildirib.
Rusiya Prezidenti deyib: "Türkiyə müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Bu gün isə dünyanın ən yaxşı sistemi Rusiyanın istehsal etdiyi S-400 "Triumf"dur. Türkiyə dedi və aldı".