““Bayraktar TB2” dünyanın geopolitik tarazlığını dəyişdirdi” - "Wall Street Journal"
Tarix: 4-06-2021, 08:41 | Çap et
 “Dünyadakı kiçik ordular tam təchiz edilmiş düşmənə qarşı mübarizələrində daha ucuz hücum vasitələrinə üz tuturlar. Ötən il regional qarşıdurmalarda uğur qazanan bu yeni hərbi taktika Türkiyə və Rusiya arasındakı strateji tarazlığı dəyişdirdi”. Ovqat.com xəbər verir ki, ABŞ-ın ünlü qəzetlərindən biri olan “Wall Street Journal”-da yayımlanan "Ucuz maliyyətli Türk silahlı dronları münaqişə bölgələrini və geopolitikalarını yeniden formalaşdırır" sərlövhəli yazıda belə deyilir. Ceyms Marson və Brett Forrestin qələmə aldığı məqalədə son Qarabağ döyüşlərində müharibənin taleyini müəyyənləndirən “Bayraktar TB2”-nin uğurlarından bəhs olunur. “Türkiyədə istehsal olunan bu ucuz maliyyətli rəqəmsal texnologiya Suriyada, Liviyada və Azərbaycanda gedən müharibələrdə rus tanklarını, zirehli maşınlarını və digər müdafiə sistemlərini məhv etdi. Bu silahlı PUA-lar, yüksək texnologiyalı, lakin bahalı döyüş vasitələri qədər təsirli, lakin ucuz bir gələcəyə işarə edir", - məqalədə qeyd olunur.
Tək və ya qrup halında uça bilən silahlı dronların əvvəllər çox bahalı döyüş təyyarələrinin vəzifəsini üzərinə götürdüklərinə diqqət çəkən xəbərdə bildirilir: "TB2 dronları 24 saat havada qala və hava müdafiə sistemlərində boşluqlar tapa bilir, həm hərbi təyyarələrin hədəfə kilidlənməsinə kömək edir, həm də özləri raket atır”. İsrail və ABŞ-ın silahlı PUA sektorunda öncülük etdiyinə diqqət çəkən xəbərdə qeyd olunur ki, texnoloji inkişaflar və qlobal rəqiblər daha ucuz alternativlər yaratdılar: “Silahlı PUA dövrünün son standart daşıyıcısı keçən il Türkiyədə ortaya çıxdı və adı “Bayraktar TB2”-dir. Amerikanın “MQ-9”-u ilə müqayisədə 'TB2”-lər 4 lazer güdümlü raket daşıyır və daha yüngül silahla təchiz olunur. TB2-nin uzaqdan idarəedilmə mənzili 200 milə qədərdir". Xəbərdə 1984-cü ildə qurulan “Baykar”ın müştəriləri arasında Qətər və Ukraynanın olduğu, həmçinin NATO üzvü Polşanın da keçən ay 24 ədəd TB2 almaq istədiyi vurğulanır, digər NATO üzvləri ilə yanaşı Afrika və Asiya ölkələrinin də bu silahlı dronlarla maraqlandığı bildirilir.
“Pilotsuz təyyarələrin uğuru Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana çox sayda əsgər və ya bahalı texnikanı riskə atmadan regional nüfuzunu artırmağa kömək etdi”, - müəlliflər bu qənaətdədirlər. Rusiyanın Krım istilası ilə qarşılaşan Ukraynanın 2019-cu ilin yanvarında TB2 üçün bir müqavilə imzaladığına diqqət çəkən yazıda “Bayraktar”ın yaranma zərurəti barədə də mülahizələrə yer verilir. "TB2 Türkiyənin mövcud ABŞ və İsrail modellərindən narazılığından və PKK ilə mübarizəsini öz nəzarətindəki bir sistem tərəfindən aparılması istəyindən doğdu", - məqalədə belə vurğulanır. TB2-nin keçən il “Bahar qalxanı” əməliyyatında beynəlxalq aləmdə diqqət çəkməyə başladığı və İdlibdəki Rusiya dəstəkli Suriya rejiminin hədəflərini vurduğu bildirilir. "Ötən ilin yazında Liviya vətəndaş müharibəsində TB2-lər BMT-nin dəstəklədiyi Tripoli mərkəzli hökuməti üçün də hər şeyi dəyişdirdi”, - iddiasını irəli sürən müəlliflər xatırladıblar ki, Türkiyə 2019-cu ildə Liviya hökumətinə silah göndərdi və hərbi dəstəyini artırdı: “Məhz bu dəstək sayəsində Həftər qüvvələri 2020-ci ilin iyun ayına qədər Tripolidən uzaqlaşdırıldı”.
Məqalədə həmçinin TB2-lərin Dağlıq Qarabağda qazandığı uğurdan da bəhs edilir. Vurğulanır ki, 44 günlük müharibədə qazanılan qələbədə Türkiyə istehsalı olan silahlı PUA-ların böyük rolu var. "Azərbaycanla Ermənistan arasında təxminən 6 həftəlik qarşıdurmadan sonra hər iki hökumətə yaxın olan Kreml vasitəçiliyi ilə noyabr ayında atəşkəs elan edildi. Azərbaycan itirdiyi torpaqların böyük hissəsini geri aldı", - məqalədə qeyd olunur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03 |
|
|
|
• Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00 |
|
|
|
• Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29 |
|
|
|
• Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26 |
|
|
|
• Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14 |
|
|
|
• "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09 |
|
|
|
• Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05 |
|
|
|
• “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02 |
|
|
|
• Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00 |
|
|
|
• “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01 |
|
|
|
• Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53 |
|
|
|
• Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48 |
|
|
|
• Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45 |
|
|
|
• DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36 |
|
|
|
• “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30 |
|
|
|
• İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27 |
|
|
|
• “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19 |
|
|
|
• Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15 |
|
|
|
• Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11 |
|
|
|
• Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09 |
|
|
|
• Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59 |
|
|
|
• Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55 |
|
|
|
• İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53 |
|
|
|
• “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46 |
|
|
|
• USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39 |
|
|
|
• Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38 |
|
|
|
• "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32 |
|
|
|
• Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11 |
|
|
|
• MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48 |
|
|
|
• Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44 |
|
|
|
• AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41 |
|
|
|
• “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15 |
|
|
|
• Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13 |
|
|
|
• Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09 |
|
|
|
• SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07 |
|
|
|
• Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54 |
|
|
|
• "Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52 |
|
|
|
• Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48 |
|
|
|
• İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10 |
|
|
|
• Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02 |
|
|
|
• Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00 |
|
|
|
• “Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58 |
|
|
|
|