Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                     Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır .....                     Lavrovun Türkiyə səfərinin əsas məqsədi… .....                 

"Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı" - deputat
Tarix: 4-03-2019, 08:32 | Çap et
"Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev teleqraf.com-a geniş müsahibə verib. O, müsahibəsində iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük bir aksiyanın keçirilə biləcəyini vurğulayıb.

Sitat: “Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal antihökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu, çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.

AĞ Partiya başqanı Tural Abbaslı Q.Həsənquliyevin fikirlərini dəstəklədi: “Çox uğurlu və faydalı təklifdir. Biz həm AĞ Partiya, həm də Qarabağ Komitəsinin həmtəsisçisi olaraq hər zaman bəyan etmişik ki, Qarabağ bizim üçün ümummilli bir məsələdir və bütün siyasi maraqlarımızdan üstündür. Bizlər üçün Qarabağ mövzusunda iqtidar-müxalifət ayırımı yoxdur. Bu mövzuda bir ayırım var - işğalçı və biz, Azərbaycan xalqı. Mən Qüdrət bəyin bu təklifini alqışlamaqla yanaşı daha da genişləndirmək istəyirəm. Təklif edirəm ki, Qarabağ Komitəsinin martın 16-sına təyin etdiyi mitinqin həm təşkilatçılığında, həm də təbliğatında iqtidar partiyası da, BAXCP də yaxından iştirak etsin. Gəlsinlər Qarabağ Komitəsi olaraq bu məsələni birlikdə müzakirə edək və mitinqi birlikdə keçirək. Qoy bütün dünya da, düşmənlər də, dostlar da Azərbaycan xalqının Qarabağ məsələsindəki birliyinin, həmrəyliyinin və qətiyyətinin şahidi olsun. Hələ son zamanlar Ermənistan rəhbərliyinin sərsəm bəyənatlarını və aşağılayıcı siyasi gedişlərini nəzərə alsaq, bu çox yerində bir mitinq olar. Biz Qarabağ Komitəsinin ilk mitinqində də istərsə hakimiyyət partiyasına, istərsə də digər hakimiyyət yönümlü partiyalara müraciət etmişdik və hətta məktublar da göndərmişdik. Təəssüf olsun ki, nə iqtidar partiyasından, nə də özlərini aparıcı müxalifət partiyaları hesab edən digər partiyalardan dəvətimizə müsbət cavab gəldi. Hər halda, ən azından indi qəbul edərlər ki, bu məsələ nə qədər vacibdir. Qarabağ naminə birlik fərzdir və bunu cəmiyyət olaraq nə qədər tez anlasaq və fəaliyyətə keçsək bir o qədər yaxşı olar”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev başqa bir təkliflə çıxış etdi: “Bu təklifin əleyhinə deyiləm. Amma biz bir yerə yığılıb, bir-birimizə fikirlərimizi söyləyib sonra da dağılıb gedəcəyik. Bundan daha ciddi bir təklif etmişdim ki, iqtidar, müxalifət və ictimai təşkilatlar parlamentində özündə parlamentin iştirakı ilə böyük bir toplantı keçirilməli, orada bir memorandum imzalanmalıdır. O memorandumda münaqişənin həlli təcrübəsi göstərilsin. Göstəriləndə də həm iqtidar, həm də müxalifət ona imza atsın. Bu bir funksiya daşımalıdır. Xaricdən Azərbaycana hər hansı bir təzyiq olduqda onlar bildirsinlər ki, bu xalqın bütün kəsimlərini əhatə edən bir sənəddir və bu sənəddən kənarda heç nə qəbul oluna bilməz. Bu işimizi xeyli yüngülləşdirər.

Üstəlik də müxalifət əmin olmalıdır ki, iqtidar başqa formada münaqişənin həllini istəmir, iqtidar da əmin olsun ki, müxalifət Qarabağ şüarından istifadə edərək hakimiyyət uğrunda savaş aparmır. Çox təəssüf ki, bu məsələyə hələ baxılmayıb. Lakin onun da əleyhinə deyiləm ki, xalqın böyük hissəsi iqtidar və müxalifətli dünyaya göstərmək üçün milyonluq mitinq keçirilsin. Bu da qətnamə qəbul etmək şərti ilə ki, BMT qəbul etdiyi qətnamələrin icrasına nəzarəti həyata keçirməsə, yaxud da böyük güclər, vasitəçilər Ermənistanı Azərbaycandan çıxarmasa, filan vaxtı əməliyyatlara başlayırıq, bu xalqın iradəsidir, təkcə hökumətin deyil. Konkret bir ay vaxt qoymaq olar. Mənim də dediyim memorandum buna dəstək verəcək. Bu çox rahat bir məsələ olar. Milli birlik və milli gücün bir yerdə milli iradəyə çevrilməsini təmin edən faktor olardı. Həm müxalifət iqtidardan, həm də iqtidar müxalifətdən əmin olardı. Hakimiyyətin protokol qaydalarından kənara çıxmamasını anlayıram.

Amma çox təəssüflər olsun ki, uzun müddətdir müxalifətdə olan və öz dövlətinə qarşı radikal mövqe nümayiş etdirənlər İrana bir söz demirlər. İndi də susublar. Biz mütəmadi olaraq Bütöv Azərbaycan məsələsini ortaya qoyanda bunu utopik fərziyyə kimi nəzərə alırdılar. Anlamırdılar ki, hər bir millətin strateji hədəfləri olmalıdır. Hər zaman demişəm, indi də təkrar edirəm ki, hədəfsiz millət kompassız gəmi kimidir. Bizim üçün ədalətli status-kvo Bütöv Azərbaycandır. Son hadisələr göstərdi ki, Cənubi Azərbaycandakı 40 milyonluq soydaşımız bu məsələyə susmadı.

Son hadisələrdə şüarlar səsləndirmələri, xüsusilə, yüz minlərlə insanın ”Qarabağ bizimdir, bizim olacaq!" şüarı İran rejiminə sərt şillə oldu. Ermənilər yürüş keçirəndə İranın hakimiyyət orqanları öz arxalarında “biz birlikdəyik” deyə şüar atmışdılar. Bununla ermənilərlə bir yerdə olduqlarını açıq şəkildə göstərdilər. İran rəhbərliyi Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir. Biz bəzi məsələlərə göz yummamalıyıq. Azərbaycan böyük strateji hədəflərinə çatmaq üçün kiməsə görə susmalı deyil. Artıq sərt şəkildə təpki göstərmək zamanıdır. Zaman da göstərdi ki, bu utopik məsələ deyil. Xalqımız bir yerdə problemlərin həllinin üstünə getmək iqtidarındadır. Cənubi Azərbaycanda Qarabağ problemi şimaldan heç də az deyil. Kifayət qədər orada təpkilər də göstərilir. Bu məsələdə kifayət qədər gecikmişik. Siz dediyiniz və başqa məsələlərin həyata keçirilməsinin zamanı çatıb".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Ali məktəblərdə dərslər təxirə salındı - AÇIQLAMA
Dünən, 15:38
Siyasət səhnəsində yeni “tamaşa”: Final necə olacaq? - İNCƏLƏMƏ
Dünən, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru