Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                     ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? .....                     Baki qardan təmizlənir .....                     Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR .....                     Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB .....                     "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib .....                     "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib .....                     “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: .....                     SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? .....                     İşçiyə vurulan ziyana görə... .....                     “Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi .....                     DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək .....                     Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… .....                     Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib .....                     "Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" .....                     Ukraynaya qoşun yeritmək gündəmdə deyil .....                     Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi .....                     Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq .....                     Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub .....                     Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? .....                     Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir .....                     Dünyada kərə yağı sürətlə bahalanır .....                     Rafiq Sadıqov vəfat edib .....                     Məktəbin qar, təhsilin isə ekologiya dərdi .....                     Samir Şərifov oğluna dəbdəbəli toy etdi .....                     “Onların hamısı rüşvətlə ələ alınıb” .....                     "Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." .....                     Bazarı silkələyən siyasət .....                     "1 ildir un məmulatlarından uzağam" .....                     “5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” .....                     Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb .....                     Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır .....                     Avropa Sülh Fondunun Ermənistana dəstəyi... .....                     Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya .....                 

"Siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü" - deputat
Tarix: 7-03-2019, 08:42 | Çap et
"Siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü"
Ötən ilin son aylarından etibarən Azərbaycan müxalifətində müəyyən bir aktivlik müşahidə olunurdu. AXCP sədri Əli Kərimlinin birlik yaratmaq istiqamətində döymədiyi qapı qalmamışdı, sabiq daxil işlər naziri İsgəndər Həmidov Azərbaycan Xalq Hərəkatı yaratmaq üçün ciddi səylə çalışırdı, Qarabağ Komitəsi isə özünün fəaliyyətindən doğan uğurlarının “dadını çıxarırdı”.

Faktiki olaraq müxalifət bir növ “hücum taktikası” həyata keçirirdi. Amma son iki ayda durum tamamilə dəyişib, müxalifətin aktivliyindən əsər-əlamət yoxdur. İndi iqtidar üstün mövqelərə sahib görünür, ictimai rəy onun tərəfindədir.

Ekspertlər bunu daha çox prezident İlham Əliyevin sosial və iqtisadi sahələrdə inqilab xarakterli fərmanları, sərəncamları ilə əlaqələndirirlər.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a məsələni bu cür şərh etdi: “Ən müxtəlif vaxtlarda müxalifət bu və ya buna bənzər aktivlik nümayiş etdirib, müəyyən birliklər, qurumlar yaradılıb. Müxalifətin radikal qanadı və onun ətrafında olan ayrı-ayrı qurumlar ora cəlb olunub. Prinsip etibarı ilə bu qurumlar heç bir effekt verməyib. Az müddət keçəndən sonra artıq onlar tarixin arxivinə göndərilib. Ötən ilin noyabr, dekabr aylarında radikal müxalifət, iqtidara barışmaz münasibət ifadə edən ayrı-ayrı şəxslər elə düşünürdülər ki, cəmiyyətdə bir fəallıq, narazılıq var və bundan istifadə edib iqtidarın üzərinə getmək olar, bunu kütləvi aksiyalara çevirmək mümkündür. Belə xülyalarla yaşayırdılar. Bununla özlərini reabilitasiya edəcəklərini düşünürdülər, hadisələri diktə edəcəklərini zənn edirdilər. Bu düşüncələrlə onlar aktivləşdilər. Lakin köhnə simaların, cəmiyyətdə nüfuzu olmayanların, siyasi baxımdan tükənənlərin bu addımlarının nəticə verməyəcəyi əvvəlcədən görünürdü. Belə də oldu.

Ölkə prezidenti 2018-ci ilin aprelində keçirilən prezident seçkiləri ərəfəsində islahatların davam edəcəyinin, daha geniş miqyas alacağının anonsunu vermişdi. Prezident seçkilərindən sonra artıq bu istiqamətdə addımlar atılmağa başlanıldı. Sosial və iqtisadi sahələrdə inqilab xarakterli sərəncamlar, fərmanlar imzalandı. Şəhidlərin sığortası ilə bağlı müəyyən qisim insanların narazılığından istifadə edib insanları ətrafına toplamağa çalışan, Milli Şuranın çətiri altında özünü yenidən ifadə etməyə səy göstərən Əli Kərimlinin cəhdlərinin şahidi olduq. Lakin bu mümkün olmadı. Hələ ondan qabaq ölkə rəhbərinin sığortaların verilməsi ilə bağlı tapşırığı var idi ki, bu məsələ ciddi şəkildə araşdırılsın, burada kimsə kənarda qalmasın. Eyni zamanda bu fikirlər Milli Məclisdə də səsləndirildi. Onu səsləndirənlərdən biri də mən idim. Bu məsələ cənab prezidentin diqqətində idi. Bəzi qüvvələr bu məsələdən ölkə daxilində qarşıdurma yaratmaq üçün istifadə etməyə çalışırdılar. Amma qısa zaman kəsiyində məsələ araşdırıldı və həll olundu. Radikal qüvvələrin bundan istifadə cəhdləri nəticəsiz qaldı. Mehman Hüseynovla bağlı da ajiotaj yaradıldı. Avropa Parlamenti ilə Milli Şuranın eyni vaxtda bu məsələni qabartması çox sualların cavabı oldu. Amma bundan da bir nəticə qazana bilmədilər. Mehman Hüseynovun müraciəti əsasında ölkə prezidentinin tapşırığı ilə bu məsələ araşdırıldı. Artıq Mehman Hüseynov azadlığa çıxıb. Digər tərəfdən, prezident seçkilərindən sonra sosial xarakterli verilən sərəncamlar və fərmanlar bu ilin əvvəllərində başa çatdı. Dalbadal ölkə rəhbəri inqilab xarakterli fərman və sərəncamlar verdi. Problemli kreditlərin həlli ilə bağlı prezidentin imzaladığı sənəd, demək olar, radikal qüvvələri istifadə etmək istədikləri bu amildən də məhrum etmiş oldu. 2003-cü ildən etibarən prezident İlham Əliyev ölkədə gedən prosesləri çox diqqətlə izləyir, sosial sifarişləri təhlil edir, cəmiyyətin önə çəkmiş olduğu aktual problemləri dərhal həll etmək üçün konkret addımlar atır. Bütün bunlar müxalifəti bazalardan məhrum edir, onun sosial bazalarına ağır və sarsıdıcı zərbələr vurur. Sadə Azərbaycan vətəndaşı düşündüklərinin həyata keçirildiyini, narahatlıq doğuran məsələlərin həll edildiyini görürsə, bunlar ölkə prezidentinin atmış olduğu addımların içərisindədirsə, artıq onun müxalifətin yanında bir işi yoxdur. Ölkə rəhbərinin xalqın maraqlarına yönəlik atdığı addımlar həmin qüvvələrin fəallaşmasının qarşısını alır. O qüvvələr xaricdən qrantlar almaq üçün bu cür fəaliyyət aparırlar. Onların niyyətləri həyata keçməyəcək. Çünki xalq onları boykot edib. Keçirilən mitinqlərdə tribunaya baxanda cəmiyyətin tanıdığı simaları görmək mümkün deyil. Tanınan 1-2 nəfərin isə xalq içərisində nüfuzları yoxdur. Bundan sonra da radikal müxalifət niyyətlərinə çata bilməyəcək”.

AĞ Partiya başqanı Tural Abbaslı aktivliyin yaşandığının göz önündə olduğunu bildirdi: “Sizinlə o məsələdə razıyam ki, son bir neçə ayda Azərbaycan siyasi arenasında xüsusi aktivlik yaşanır. Bu aktivliyin səbəbləri kimi hakimiyyətdaxili problemləri, beynəlxalq aləmin hazırkı iqtidara açıq və gizli basqıları, müxalifət arenasında başlamış hərəkətliliyi, ölkədən kənarda yaşayan mühacirlərin sosial şəbəkələrdəki təbliğatını və ən nəhayət, insanların artıq bu şərtlər altında yaşamaq istəməməsini göstərmək olar. Mən deməzdim ki, son zamanlar açılımların və ya başqa hansısa proseslərin təsiri ilə siyasi aktivlik azalıb. Əksinə, hazırda siyasi aktivlik özünün, belə demək mümkündürsə, ikinci mərhələsinə qədəm qoyub. Hazırda müxalifət arenasında təmərküzləşmə və mövqelərin aydınlaşması prosesi gedir. Bundan sonrakı mərhələdə isə xalqın proseslərdə birbaşa iştirakının şahidi olacağımızı düşünürəm.

Baxın, əgər vəziyyət həqiqətən də siz dediyiniz kimi, passivlik istiqamətində hərəkət edirsə, niyə hakimiyyət son aylarda heç bir təşkilat və partiyaya mitinq keçirməyə razılıq vermir? Hətta fəaliyyətində heç bir siyasi çalarların olmadığını artıq sübut etmiş Qarabağ Komitəsinə də ”Qarabağa azadlıq" mitinqi keçirməsinə razılıq verilmir. Əslində son illər ərzində ən çox siyasi aktivliyin yaşandığı dönəm indidir. Bunu hakimiyyət də gözəl bilir və anlayır. Son zamanlar iqtidarın etdiyi açılımlar da bu aktivliyə görədir. Ancaq unudulmamalıdır ki, bunlarla cəmiyyətdə köklü müsbət dəyişikliklərə nail olmaq mümkün olmayacaq. Bu islahatların nəticə verməyini istəyirlərsə, islahatlar artıq siyasi sahəyə keçməlidir. Çünki ölkədə köklü siyasi islahatlar olmayacaqsa, milli barışıq mühiti yaradılmayacaqsa, nəticə hamımız və dövlətçiliyimiz üçün təhlükəli olacaq. Mən bir daha iqtidarı qeyd etdiyim nüanslara diqqətlə yanaşmağa və lazımi nəticələr çıxardaraq, addımlar atmağa səsləyirəm".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
DMX-nin rəisi vətəndaş qəbulu keçirəcək
Bu gün, 10:32
Köçəryan Meğrini Azərbaycana verməyə razılaşıbsa, deməli… - “Lurer”
Bu gün, 08:55
Avstraliya 70 Rusiya vətəndaşı və 79 şirkətə qarşı yeni sanksiyalar tətbiq edib
Bu gün, 08:46
"Trampın Ukraynaya yardımla bağlı bəyanatı həqiqəti əks etdirmir" - Pentaqon
Bu gün, 06:16
Ukraynaya qoşun yeritmək gündəmdə deyil - Mertz
Bu gün, 06:13
Zəngəzurda ciddi hazırlıq: Fransa savaş mesajı verdi – Nələr gözlənilir?
Bu gün, 06:10
Şolts yeni hökumət qurulana qədər kansler olaraq qalacaq
Bu gün, 01:00
Nazir Rəşad Nəbiyev "Gelandevagen"də qəzadan son anda qurtulub - FOTO
Bu gün, 00:54
Niyə nazirlər sosial şəbəkələrdə canlı yayım etmir? - Zülfiyyə Mustafayeva yazır
Bu gün, 00:51
Ərzaq bazarında qiymət artımı: Rəsmi statistika da inkar etmir - NƏ ETMƏLİ?
Bu gün, 00:44
Dünyada kərə yağı sürətlə bahalanır – Son qiymətlər
Bu gün, 00:42
Rafiq Sadıqov vəfat edib
Bu gün, 00:40
Məktəbin qar, təhsilin isə ekologiya dərdi - Şagirdlərin xəbərsiz qaldığı təhlükələr
Bu gün, 00:37
Samir Şərifov oğluna dəbdəbəli toy etdi
Bu gün, 00:33
“Onların hamısı rüşvətlə ələ alınıb” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:28
"Azərbaycana qarşı zərərli ideologiya sırımaq istəyirlər..." - Azər Həsrət
Bu gün, 00:26
Bazarı silkələyən siyasət - ARAŞDIRMA
Dünən, 22:29
"1 ildir un məmulatlarından uzağam"
Dünən, 22:26
“5 ay evli olub boşanmışam, fiziki şiddət görmüşəm” - “İctimai”nin aparıcısı
Dünən, 22:23
Şolts seçkidə məğlubiyyətini etiraf edərək rəqibi Fridrix Mertzə təbrik ünvanlayıb - "Bild"
Dünən, 22:20
Tramp Ukraynada ABŞ-ın payına düşəcək məğlubiyyətdən qaçır - Avropanın cazibədarlığının sonu
Dünən, 21:04
Avropa Sülh Fondunun Ermənistana dəstəyi... xristian təəssübkeşliyindən qaynaqlanır
Dünən, 21:01
Bakıda dostların faciəvi ölümü ilə bağlı sensasiya - "Mümkünsüzdür, kimsə elə bil…"
Dünən, 18:20
Bakıda taksilərin qiyməti qalxdı: Bəzi ərazilərə gedişhaqqı 35-40 manatdır - FÜRSƏTCİLLƏR İŞ BAŞINDA...
Dünən, 18:13
Lavrovun Türkiyə səfərinin əsas məqsədi… - ŞƏRH
Dünən, 17:07
Media sahibləri saytların dayanıqlığına resurslar ayırmalıdır - ÇAĞIRIŞ
Dünən, 16:58
“İlkin həyatımı xilas edib”
Dünən, 16:53
Hökumət saytı Samir Şərifovu hələ də maliyyə naziri kimi görür… - FOTOFAKT
Dünən, 16:49
Bu qədər saxtakarlıq, bu qədər ədalətsizlik olmaz! - ÇAĞIRIŞ
Dünən, 15:55
Cənubi Qafqaz uğrunda Fransa, Rusiya və Amerika arasında gərginlik yaranır - Qlobal güclərin güc savaşı
Dünən, 15:50
Britaniya səfiri BBC-nin Bakı ofisinin bağlanmasından məyus olub - "Müstəqil və peşəkar media..."
Dünən, 15:46
Trampın Ukrayna üzlərində alveri: “Rusiya ilə də düşmən olacaqlar” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 15:43
Ukraynaya görünməmiş hücum: - Müharibə tarixində İLK
Dünən, 15:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru