
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova parlamentin plenar iclas zalındakı kreslosunu dəyişdirib.
Pravda.az-ın xəbərinə görə, hazırki kreslo sadəliyi ilə fərqlənir. Əvvəlki kreslo bir qədər böyük və cəlbedici olub.
Qeyd: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulan kreslonun dəyişdirilməsini tələb edib: “Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.
Sonra ölkə başçısı üçün qoyulmuş xüsusi kreslo adi stulla əvəzlənib.
Xatırlatma: Martın 10-da Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova sədr seçilib.