"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                     Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` .....                     "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" .....                     Oğuzun Calud kəndinin yararsız yolu .....                     Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb .....                     MİDA-nın adından istifadə edənlər ifşa olunub .....                     Namiq Əlizadə vəzifəsindən ayrıldı .....                     Azərbaycanda 700 minə Quran satılır .....                     AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir .....                     “Bizdə bloger yoxdur, yoldan keçənlər…” .....                     Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur .....                 

"Neft gəlirlərini əvəz edə biləcək büdcəyə daxil olmaları müəyyənləşdirməliyik" - Eldar Namazov
Tarix: 23-04-2020, 09:52 | Çap et
"Neft gəlirlərini əvəz edə biləcək büdcəyə daxil olmaları müəyyənləşdirməliyik"
Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov dünya gündəmini zəbt edən əsas iki məsələ - koronavirus bəlasının yaratdığı vəziyyət və neftin qiymətinin dramatik həddə ucuzlaşmasının meydana gətirdiyi durumla bağlı Musavat.com-un suallarını cavablandırıb.
- Eldar bəy, koronavirusun yayılmasından artıq xeyli vaxt keçir. Bütün dünyanı bürüyən bu pandemiya bəşəriyyəti, dünyanı hansı duruma gətirib çıxardı, koronavirus iqtisadi, siyasi baxımdan necə bir mənzərəni yaratmaqdadır?

- Dünya hələlik bu prosesin içindədir. Proses başa çatmayıb. Aydındır ki, bu pandemiya dünya iqtisadiyyatına da çox böyük zərbə vurdu. Artıq dünyada çox ciddi dəyişikliklər baş verir və proses davam edəcək. Hələ bəlli deyil ki, bir dalğa ilə pandemiya qurtaracaqmı. Bunun ikinci dalğasının qışda başlayacağını bəzi alimlər güman edirlər. Yəni proses başa çatmadığından son təhlili edib qiymət vermək bir az çətindir. Amma bəlli olan odur ki, bu pandemiya dünyada çox şeyi dəyişir və dəyişəcək. Həm dünya iqtisadiyyatında, həm dünya geopolitikasında, beynəlxalq təşkilatlar, beynəlxalq münasibətlər sistemində çox şey dəyişəcək. Elə beynəlxalq təşkilatlar var ki, artıq onların gələcəyi böyük sual altındadır. Bu, Ümumdünya Səhiyyə Təşkilatına aiddir. Hətta mən deyərdim ki, BMT-yə də aiddir. Ona görə ki, qlobal bir problem olan pandemiya ilə bağlı dünyanın bu aparıcı beynəlxalq təşkilatlarının heç bir ciddi rolu olmadı. Bunun da səbəbləri var. Ona görə ki, çoxdandır qeyd olunurdu ki, BMT bugünkü şəkildə dünyada mövcud olan güclərin balansını əks etdirmir. O, keçən əsrin 50-ci illərində yaradılmış status-kvonu əks etdirir. Dünyanın böyük siyasi, iqtisadi çəkiyə malik ölkələri olan, məsələn, Hindistan kimi, Almaniya, Yaponiya kimi dövlətlər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri deyillər. Buna görə də bir müddət öncə artıq BMT-dən kənarda yeni bir formatlar axtarmağa başladılar ki, dünyada mövcud olan güclərin balansını əks etdirən bir təşkilat qursunlar və “Böyük 20-lik” meydana gəldi. Biz indi görürük ki, bu format müəyyən bir fəallıq göstərir. Həm pandemiya ilə, həm neftin qiymətinin ucuzlaşması ilə bağlı “Böyük 20-lik”in həm fəallığı göz önündədir, həm də qərarları proseslərə ciddi təsir edir. Ona görə də güman etmək olar ki, bu pandemiyadan sonra BMT-nin taleyi də həll olunacaq. Ya bu təşkilat özündə ciddi islahatlar həyata keçirməlidir, ya da dəyişməlidir. Ola bilsin, “Böyük 20-lik” formatı BMT-nin Təhlükəsizlik Şurasının formatına çevrilə bilər. Buna bənzər başqa proseslər də gedir.

Avropa Birliyi ilə bağlı da ciddi proseslər gözlənilir. Ümumiyyətlə, qloballaşmanın fatihəsi verilib. Hər kəs qeyd edir ki, pandemiyadan sonra qloballaşma prosesinə son qoyulacaq və dünyada yeni münasibətlər sistemi formalaşacaq. O cümlədən regional liderlik baxımından dəyişikliklər olacaq. Bəzi ölkələr var ki, onların regional liderlik ambisiyaları özünü doğrultmağa başladı. Məsələn, Türkiyə kimi dövlət həm bir müddət əvvəl Suriyada dünya tarixində ilk dəfə olaraq dronlar hərbi əməliyyatını keçirməklə dünyanı heyran etmişdi. Hamı bu cür əməliyyatı ABŞ-dan, NATO-dan gözləyirdi. Ancaq bu ilk addımı atan Türkiyə oldu. İndi də Türkiyənin həm iqtisadi sistemi indiki ciddi zərbələrə tab gətirə bilir, həm dövlət sistemi çağırışlara adekvat cavab verir. Hiss olunur ki, Türkiyənin regional ambisiyaları özünü doğruldur. Başqa ölkələr var ki, onlar da bizim bölgədə liderlik uğrunda mübarizə aparırdılar, ancaq pandemiyanın zərbəsi altında az qala çökürlər. Onların bu basqıya nə iqtisadiyyatı, nə dövlət qurumları tab gətirir. Bütün bunlar da göstərir ki, dünya siyasətində çox şeylər dəyişəcək. Yeni beynəlxalq qurumlardan başlayaraq, yeni güclərin balansı formalaşacaq. Ancaq biz bu prosesin demək olar ki, bəlkə ortalarındayıq - pik nöqtəsinə yaxınlaşmamışıq. Ona görə bu proses bir müddət davam edəcək. Bundan sonra yeni durumun nədən ibarət olduğunu daha dəqiq görə və təhlil edə biləcəyik.

- Almaniya və ABŞ başda olmaqla, bir sıra dövlətlər Çini koronavirusa görə ittiham eləməyə başlayıblar. Artıq Almaniya Çinə qarşı 150 milyard dollar təzminat davası qaldırıb. Bu tendensiya daha böyük miqyas ala bilərmi? Ümumiyyətlə, bu proses Çinə nə vəd edir? Bəzi iddialar da var ki, koronavirus məsələsi Qərbin Çini sıradan çıxarması üçün qurulan plandır. Bu barədə düşüncələriniz necədir?

- Burada iki məsələni bir-birindən ayıraq. Birincisi, koronavirusun meydana gəlməsi. Bu mövzuda çoxlu müzakirələr gedir, iddialar səslənir. Bəziləri hesab edirlər ki, bu virusu Çin alimləri yaradıblar və bu virusun ətrafında müəyyən eksperimentlər keçiriblər, yoluxma da bu zaman baş verib. Bu məsələ ilə bağlı mənim bir neçə qeydim var. Birincisi, koronavirusu bioloji silah kimi təqdim etmək düzgün deyil. Ona görə ki, bundan qat-qat güclü bioloji silahlar var. Elə viruslar var ki, onlarda ölüm 50 faizə çatır. Koronavirusun ölüm faizi isə o qədər yüksək deyil və bu virus daha çox yaşlı, səhhətində problem olan insanlara mənfi təsir edir. Odur ki, koronavirus bioloji silah kimi çox zəif virusdur və onu bioloji silah adlandırmaq yanlışdır. Ola bilsin ki, bu virus hansısa xəstəliklərə dərman tapmaq üçün aparılan eksperimentlərə görə hazırlanıb. Ancaq səhlənkarlıq nəticəsində yoluxma baş verdi və bu proses klinikanın laboratoriyasından kənara çıxdı. Çox tanınmış fransalı alim, Nobel mükafatı laureatı bu yaxınlarda bəyan edərək dedi ki, onlar, sadəcə, dərman axtarırdılar, işin gedişində səhlənkarlıqdan qəza baş verib və yoluxma olub. İndi bir çox dövlətlər buna görə bəyan edir ki, Çin cəzalanmalıdır. Hesab edirəm ki, burada mübahisəli məsələlər hələ çoxdur. Bunu sübut eləmək və buna görə Çini cəzalandırmaq beynəlxalq hüquq normaları baxımından o qədər ağılabatan deyil.

Ancaq məsələnin ikinci tərəfi var. Hər hansı səbəbdən Çində koronavirus yoluxması baş verəndən sonra bir ay bunu dünyadan gizlədir. Həmin o bir ay ərzində Uhan şəhərindən milyonlarla insan dünyanın bütün qitələrinə gedib-gəlirdilər. Beləliklə də dünyanın xəbəri olmadan bütün dünya koronavirusa yoluxurdu. Hətta Çində koronavirusun insandan insana sürətlə yoluxan təhlükəli virus olduğunu deyən həkimi Çin hökuməti cəzalandırdı və təkzib verməyə məcbur elədilər. Bax, buna görə Çin məsuliyyət daşıyır. Çünki bu, cinayətdir. Buna görə Çin öz cəzasını almalıdır. 21-ci əsrdə bu, birinci epidemiya deyil və sonuncu epidemiya da olmayacaq. Son 20 ildə bu, altıncı epidemiyadır. Buna qədər olan virusların bir çoxunda ölüm faizi daha çox idi. Ancaq həmin epidemiyalar çox da yayılmadılar. Koronavirusda ölüm faizi az olsa da çox sürətli və geniş yayılır. Ən təhlükəli bir də odur ki, koronavirus epidemiyası, ola bilsin, son xəbərdarlıqdır. Bir müddət sonra 7-ci, 8-ci yeni epidemiya virus daha böyük təhlükəni özündə əks etdirə bilər. Yəni bu dəfə ölüm faizi 50-60 faiz, yayılma sürəti isə koronavirus kimi ola bilər. O zaman bəşəriyyət “olum və ya ölüm” dilemması qarşısında qalar. Ona görə də indi Çinə qarşı çox ciddi tədbirlər görülməlidir ki, hər bir ölkə üçün dərs olsun. Hər bir ölkə bəri başdan öz işini bilməlidir ki, belə bir hal başlayan kimi uzağı 24 saat ərzində bütün dünyanı xəbərdar etmək lazımdır. Nəzərə almaq lazımdır ki, 20 ildə baş verən epidemiyaların 3-ü Çində meydana gəlib. Güman edirəm ki, Çinin cəzalandırılması prosesi artıq başlayıb və get-gedə daha da çox ölkələr prosesə qoşulur.

- Bilirsiniz ki, hazırda dünyanı silkələyən daha bir hadisə neftin qiymətinin kəskin şəkildə düşməsidir. Koronavirusla yanaşı bu proses dünya düzəninə necə təsir edəcək?

- Bunlar bir-biri ilə zəncirvari bağlıdır. Qərbdə bu cür duruma ideal fırtına deyillər. Yəni iki təhlükəli amil üst-üstə düşür və bir-birini daha gücləndirir. İndi dünya iqtisadiyyatının aldığı zərbə ideal fırtına anlayışına uyğundur. Alimlər, ekspertlər çoxdan xəbərdarlıq edirdilər ki, neft əsri qurtarmaq üzrədir. O mənada yox ki, daha neft istifadə edilməyəcək, neft istifadə olunacaq, sadəcə olaraq, neftə tələbat azalacaq, alternativ enerjiyə tələbat artacaq. Bəziləri bunu 2030-cu ildən sonraya gözləyirdilər. Aparıcı Avropa dövlətləri var ki, onlar artıq rəsmi dövlət proqramları qəbul ediblər ki, 2035-ci ildən benzinlə işləyən nəqliyyat vasitələrinin satışı qadağan olunacaq. Bu ölkələrdə yalnız elektor mobillər olmalıdır. Aparıcı Avropa ölkələri belə bir qərarlar qəbul edirlərsə, deməli, bu cür qərarlar da neftə tələbatı azaldacaq. Bu kimi proses yaxın 15 ildə baş verməli idi. Ancaq koronavirus və neft qiymətləri üzərində Rusiya ilə Səudiyyə Ərəbistanının savaşı bu prosesi tezləşdirdi. İndi dünya neft bazarına elə bir zərbə dəyib ki, bu bazarın neçə ildən sonra özünə gələ biləcəyi heç kimə bəlli deyil. Ola bilsin ki, neft bazarı aldığı zərbədən tam özünə gələ bilməsin, böhran uzansın və alternativ enerji üstün mövqeyə keçməyə başlasın. Hətta ola bilsin ki, biz artıq postneft dövrünə qədəm qoymuşuq.

- Neftin dəyərdən düşməsi Rusiya və İranı çökdürə bilərmi?

- Təkcə Rusiya və İran yox, neft hasilatı ilə məşğul olan əksər dövlətlər təhlükə altındadır. Bizi təbii ki, ilk növbədə öz taleyimiz maraqlandırır. Azərbaycanın da iqtisadiyyatının əhəmiyyətli hissəsi neft gəlirlərinə bağlıdır. Ona görə də Azərbaycan bu təhlükəni aradan qaldırmaq üçün çox ciddi islahatlar keçirib, təcili addımlar atmalıdır. Neft gəlirlərini əvəz edə biləcək büdcəyə daxil olmaları müəyyənləşdirməliyik. Hesab edirəm ki, məhz tam şəffaflıq, inhisarçılığa, korrupsiyaya qarşı çox sərt mübarizə, həmçinin kölgə iqtisadiyyatına son qoymaq yolu ilə biz büdcəmizdəki itkiləri kompensasiya edə bilərik. Qısa müddətdə büdcəni bir neçə dəfə artırmaq yolu bundan ibarətdir. Şübhəsiz ki, biz qonşu ölkələrdə, ilk növbədə Rusiya və İranda gedən prosesləri ciddi izləməliyik. Çünki oradakı hər bir böhran bizə də təsir edə bilər. Xüsusilə postpandemiya dövründə İranda çox ciddi böhranlı hadisələrə hazır olmalıyıq.

- Azərbaycan dövlətinin, hökumətinin indiyə qədər koronavirusla mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Hökumətin addımlarını çox yüksək qiymətləndirirəm. İstənilən işdə müəyyən çatışmazlıq ola bilir. Bu, təbiidir. Heç bir ölkə bu pandemiya ilə üz-üzə qalmağa tam hazır deyildi. Seytnot vəziyyətində təcili addımlar atılmağa başlandı və biz ölkəmizdə o addlımların effektini görürük. Azərbaycanda dövlətin ciddi tədbirləri nəticəsində həm yoluxma sayı yüksək deyil, həm də ölüm sayı çox azdır, artıq sağalan adamların sayı yoluxanların sayından çoxdur. Bütün bunlar onu göstərir ki, tədbirlər öz effektini verdi. Azərbaycan həkimlərinin fədakarlığını da qiymətləndirmək istəyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13
Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09
SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07
Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54
"Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52
Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02
Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00
“Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru