"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı .....                     Anar Quliyev dilemma qarşısında... .....                     Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır .....                     Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI .....                     Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib .....                     "Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum" .....                     Köçəryan niyə indi “xortladı”? .....                     “Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” .....                     Kremldən Bakıya təklif: Bunu təhlil edin .....                     “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” .....                     Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat .....                     "Exchange" düyünü: Niyə açılmır? .....                     Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub .....                     Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır? .....                     Bakıda 17 milyon manata satılan villa kimindir? .....                     Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri .....                     Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı .....                     Erməni general həbsdən buraxıldı .....                     DTX İqbal Əbilovun istintaqını bitirdi: .....                     “Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” .....                     İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub .....                     “MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var .....                     Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb .....                     Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı .....                     Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar .....                     Mirmahmud Mirəlioğluna nə olub? .....                     Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb .....                     İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? .....                     “Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” .....                     USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? .....                     Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` .....                     "Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" .....                     Oğuzun Calud kəndinin yararsız yolu .....                     Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb .....                     MİDA-nın adından istifadə edənlər ifşa olunub .....                     Namiq Əlizadə vəzifəsindən ayrıldı .....                     Azərbaycanda 700 minə Quran satılır .....                     AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir .....                     “Bizdə bloger yoxdur, yoldan keçənlər…” .....                     Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur .....                 

"Azəriqaz" barəsində ən çox şikayət olunan dövlət qurumudur... - Narazılıq var
Tarix: 30-05-2015, 08:49 | Çap et
"Azəriqaz" barəsində ən çox şikayət olunan dövlət qurumudur...
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarında və Bakı şəhəri Xəzər rayonunda təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Yeraltı və yerüstü qaz xətlərində yaranmış qaz sızmasının ləğvi və yeni çəkilmiş qaz xətləri üzərindəki qaztənzimləyici qurğuların qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar səhər saat 9:00-dan işlər başa çatanadək Tovuz, Şəmkir, Ağdaş, Şamaxı rayonlarının bir hissəsinə, həmçinin Bakı şəhəri Xəzər rayonunun Binə, Qala və Buzovna qəsəbələrinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Təbii ki, bu kimi xəbərdarlıqları qış aylarında demək olar ki, hər gün eşitmək məcburiyyətində qalsaq da, isti havalarda da eşidirik. Ümumiyyətlə, son bir neçə ildir ki, "Azəriqaz" İB-də yaşanan problemlər, nöqsanların ardı-arası kəsilmək bilmir. "Təmir-quraşdırma, profilaktika və ya yeni xətlərin birləşdirilməsi" kimi standart səbəblər göstərərək az qala hər gün bir neçə rayonun, yaxud da yaşayış məntəqəsinin qaz təchizatını məhdudlaşdırırlar ki, bu da haqlı olaraq vətəndaşların etirazı ilə nəticələnir. Bəs görəsən, doğrudanmı "Azəriqaz"ın təmir-quraşdırma briqadaları bu cür intensiv işləyir və paytaxt Bakıda, rayonlarda "gözəgörünməz" təmir-quraşdırma işləri bu cür intensiv xarakter alıb? Təmir işləri gedir, lakin heç kəs görmür. Qazın verilişində fasilələr yarandıqdan və verilişi bərpa edildikdən sonra, təxminən yarım saat ərzində qəribə qoxulu hava gəlir və daha sonra qaz. Qeyd edək ki, bu durum yalnız bir ünvanda və yaxud yalnız paytaxtda yaşanmır. Bölgələrdə də, eyni durumdur. Daha doğrusu, bölgələrdə vəziyyət daha acınacaqlıdır. Bu isə əksər hallarda ya zəhərlənmələrlə, yaxud da, mənzillərdə partlayışla nəticələnir. Təbii ki belə hadisələr az olmayıb. Hətta ölüm hallarının da şahidi olmuşuq. Lakin çox təəssüflər olsun ki, belə hadisələrin yaşanması da, heç nəyi dəyişmir. Bu kimi durumlarda qurum, vətəndaşı günahkar edir, özü isə, necə deyərlər, sudan quru çıxmağı bacarır. Bütün yaşananlar, baş verən hadisələr bir daha göstərmiş olur ki, "Azəriqaz" bu gün öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir. Nəinki layiqincə, hətta icra etməli olduqları işi belə, bacarmır. Həmçinin qeyd olunan nöqsanlarla bağlı vətəndaşlar quruma şikayət etdikdə də, edilən müraciət və şikayətlərə baxılmır. Və hansısa şikayətə heç bir reaksiya verilmir. Görəsən, "Azəriqaz"ın hər gün bu və ya digər rayonda, yaşayış məntəqələrində hər dəfə eyni səbəb göstərərək qaz təchizatını kəsməsinin sirri nədədir? Bu qurum barədə daxil olan şikayətləri ümumiyyətlə, bütün xəbər portallarında görmək olar. Elə bizim redaksiyamıza da dəfələrlə bu qurumla bağlı şikayətlər daxil olub ki, bizlər də hər dəfə işıqlandırmağa, həmin şikayət və problemləri gündəmə gətirməyə çalışırıq. Ama onu da qeyd edək ki, sözügedən qurum barədə yazılanlara baxmayaraq, ortada irəliləyişə, həmin problemlərin aradan qaldırılması istiqamətində heç bir iş görülmür. Əksinə, "Azəriqaz"dakı problemlər günü-gündən daha da artaraq, daha geniş vüsət almış olur. Tez-tez qaz kəsilmələri, qaz sızmaları, qazın fasilələrlə verilməsi demək olar ki, hər gün daxil olan şikayətlərdəndir. Bakıətrafı rayonlarda vəziyyət daha acınacaqlı olsa da, paytaxt da onlardan geri qalmır. Sözügedən problem media və telekanallar tərəfindən işıqlandırılsa, gündəmə gətirilsə də, görünən odur ki, həlli istiqamətində hanısa addımlar atılmır. Əgər belə olsa idi, mənzillərə normal qaz verilişi bərpa olunardı. Ümumiyyətlə, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə obyekti olub. Müxtəlif fikirlər səsləndirilib və həlli istiqamətində müzakirələr edilib. Amma çox təəssüflər olsun ki, bu gün ölkədəki mövcud qaz problemi hələ də, davam edir. Mütəxəssislərin sözlərinə görə, indi əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Yanmayan zəhərli qaz sızması mövcuddursa, otaqdakı hava qatışığında müəyyən həddə çatdıqdan 3 dəqiqə sonra insan huşunu itirir. Sinir sistemi iflic olur. Qan qatılaşır, oksigenlə təmin olunmur və o, qurbana çevrilir. Lakin bütün bu sadalananlara baxmayaraq, qurumun nə gördüyü iş normal hesab edilə bilməz, nə də qeyd olunan nöqsan və problemləri aradan qaldırmağa cəhd göstərmirlər. Bu gün bizlər yenə də mövcud problemləri, vətəndaşların müraciət və şikayətlərini gündəmə gətirməyə, işıqlandırmağa çalışırıq ki, ən azından hazırkı problemlərə əncam çəkilsin. Və vətəndaşlara normal qaz verilişi bərpa edilsin.
\\ gundelik-baku \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Crystal Beton" QSC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:03
Anar Quliyev dilemma qarşısında... - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
Bu gün, 01:00
Aİ Ukraynaya 6 milyard avroluq hərbi yardım hazırlayır - “Politico”
Bu gün, 00:29
Ağalar Vəliyevin BAHALAŞMA TAKTİKASI - GİZLİN-GİZLİN... OĞRUN-OĞRUN...
Bu gün, 00:26
Bayden Ukraynadakı münaqişəni dayandırmaq üçün heç bir səy göstərməyib - Ağ Ev
Bu gün, 00:14
"Onların evinə get-gəl etdikdən sonra asta-asta ona vuruldum"
Bu gün, 00:09
Köçəryan niyə indi “xortladı”? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:05
“Xahiş edirəm, sonuncu çıxan işıqları söndürsün” - Erməni politoloq elə şeylər yazdı ki...
Bu gün, 00:02
Kremldən Bakıya təklif: Bunu təhlil edin - GƏLİŞMƏ
Bu gün, 00:00
“Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm-qalmışam, belə haqsızlıq olar?” - Xalq artisti ETİRAZ ETDİ
Dünən, 19:02
Azərbaycan “Rossotrudniçestvo”suz da yaşaya bilər, həm də daha rahat - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Dünən, 18:58
Meksika idxalda Türkiyənin önünə keçərək 4-cü əsas tərəfdaşımız olub - İLGİNC...
Dünən, 18:02
Azərbaycan internetin sürətinə görə dünyada neçənci sıradadır?
Dünən, 18:01
Bakıda 17 milyon manata satılan villa kimindir? - VİDEO
Dünən, 17:58
Bu universitetin tələbələrinə yanvar ayının təqaüdləri HƏLƏ ÖDƏNMƏYİB
Dünən, 17:53
Daha bir MTN-çi SHXÇDX-də yüksək vəzifəyə təyinat aldı - Keçmiş dostlar xidmətə toplanır
Dünən, 17:48
Erməni general həbsdən buraxıldı - KİV
Dünən, 17:45
DTX İqbal Əbilovun istintaqını bitirdi: - Məhkəmə başlayır
Dünən, 17:36
“Gürcüstanla quru sərhəd açılırsa, Rusiya və İranla da…” - ÇAĞIRIŞ
Dünən, 17:30
İDDİA: "Enjoy Club"dan vəzifəli şəxslər qovulub -SƏBƏB
Dünən, 17:27
“MSDİS Holding”in dövlətə 16 milyon manat vergi borcu var
Dünən, 17:19
Dövlət Neft Fondu İtaliyanın dəmir yolu şirkətindən pay alıb - DETALLAR
Dünən, 17:15
Əxlaqsız sözlərlə məktub yazdı, qonşusunun həyətinə atdı - 56 yaşı var
Dünən, 17:11
Rubio və Lavrov ABŞ-Rusiya münasibətlərindəki "qıcıqlandırıcılar"ı aradan qaldırmağa razılaşıblar - “Reuters”
Dünən, 17:09
Mirmahmud Mirəlioğluna nə olub? - AÇIQLAMA
Dünən, 16:59
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb - FOTO
Dünən, 16:55
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"
Dünən, 16:53
“Müalicəyə göndərdiyimiz uşaq sağalıb, xəstəxananın isə borcunu verə bilmirik” - Uşaq Fondunun rəhbəri
Dünən, 16:46
USAID-lə əməkdaşlıq etmək niyə təhlükəlidir? - ARAŞDIRMA
Dünən, 16:39
Həkimə qarşı şok iddia: `Pulu tam ödəməsəniz, əməliyyat olmayacaq!` - AXI NİYƏ?..
Dünən, 16:38
"Kino sahəsindəki yeyinti, aktyor və rejissoru qonorarından edir" - Elməddin Cəfərovdan İRAD
Dünən, 16:32
Oğuzun Calud kəndinin yararsız yolu – Problemin həlli vəsait ayrılmasından asılıdır
Dünən, 16:13
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb – Qiymətlər
Dünən, 16:11
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX əməliyyat keçirib
Dünən, 15:48
Namiq Əlizadə vəzifəsindən ayrıldı - özü AÇIQLADI
Dünən, 15:47
Azərbaycanda 700 minə Quran satılır - FOTO
Dünən, 15:44
AZAL: Tbilisi-Bakı reysi texniki səbəblərə görə gecikir - DİQQƏT!
Dünən, 15:41
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”
Dünən, 15:40
Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olunur – Tarix açıqlandı
Dünən, 15:15
Ukrayna təhlükəsizlik zəmanəti və sülh istəyir - Zelenski
Dünən, 15:13
Akif Qurbanov Toplum TV-nin fəaliyyətinə birbaşa rəhbərlik edib - İLGİNC...
Dünən, 15:09
SOCAR şefinin BAŞINI AŞAĞI EDƏN DURUM... - "Niyə, onların günahı nədir?.."
Dünən, 15:07
Onlar da vəzifələrini itirdilər - BUNDAN SONRA...
Dünən, 14:54
"Bu yaşda adama nə pensiya, nə də iş vermirlər..." - GİLEY
Dünən, 14:52
Litva hərbçilərini Ukraynaya göndərməyəcək - "İnterfaks"
Dünən, 14:48
İran-ABŞ gərginliyi: ərəblər vasitəçiliyə can atırlar - “Nezavisimaya qazeta”
Dünən, 14:10
Soyan Əhməd, soyulan Məmməd: Bankın nə vecinə! - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:02
Bakı Aİ "mülki missiyası"nı sülh prosesinə buraxmayacaq - AÇIQLAMA
Dünən, 14:00
“Finex Kredit” BOKT ASC səhmdarları - TOPLANIR
Dünən, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru